XƏBƏRLƏR
Çap et
1217
Niderland Krallığı Valkenburq bələdiyyəsinin sədri Martin Yorlinqsin başçılıq etdiyi nümayəndə heyəti Dövlətqaçqınkomda olmuşdur.
Mətbuat xidmətinin məlumatı
20 Noyabr, 2012

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov Niderland Krallığı Valkenburq bələdiyyəsinin sədri Martin Yorlinqsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistsnın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat verən Gəray Fərhadov onu da diqqətə çatdırmışdır ki, torpaqlarımız işğaldan azad edilənədək bu təbəqədən olan soydaşlarımızın sosial-məişət problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür.
Belə ki, müxtəlif ərazilərdə bütün sosial-texniki infrastrukturu ilə birlikdə onlar üçün yeni qəsəbələr salındığını və hündürmərtəbəli yaşayış binaları komplekslərinin istifadəyə verildiyini, bu işlərin indi də uğurla davam etdirildiyini vurğulayan Gəray Fərhadov onu da bildirmişdir ki, ölkəmizin başçısı cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi qaçqın və məcburi köçkünlərin problemləri daim proritet məsələ olaraq gündəmdə saxlanılır. Lakin onlar dövlət tərəfindən tam diqqət və qayğı ilə əhatə olunsalar da əsas arzuları, əsas problemləri doğma torpaqlarına qayıtmaqdan ibarətdir.
Görüşdə belə bir əminlik ifadə olunmuşdur ki, dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünün bərpasına nail olacaq və qaçqın-köçkünlərimiz öz doğma dədə-baba yurdlarına qayıdacaqlar.
Sonra qonaq Gəray Fərhadovun müşaiyəti ilə Dövlətqaçqınkomun foyesində bu soydaşlarımızın mərhələli şəkildə problemlərinin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi çoxsaylı tədbirləri özündə əks etdirən ekspozisiya və foto-stendlə tanış olmuşlar.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb