"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2673
Dövlət Komitəsində geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt yaradılıb
Mətbuat xidmətinin məlumatı 15 İyul, 2024

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt yaradılıb.

Qaynar xəttin iş qaydası haqqında ilkin olaraq, komitə əməkdaşları təlimatlandırılıblar. Supervayzer Emin Mahmudov onlara yeni yaradılmış qaynar xəttin iş prinsipi haqqında ətraflı məlumat verib.

Bildirilib ki, vətəndaşlar həm işğaldan azad edilmiş ərazilərə qayıdışla, həm də Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat və müraciətlər üçün bütün telefon rabitəsi operatorları vasitəsilə 1657 nömrəsini yığmalıdırlar.

Zənglərə avtomatlaşdırılmış qaydada cavab veriləcək: işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı məlumat və müraciətlər üçün 1 düyməsini, Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat və müraciətlər üçün 2 düyməsini basmaq tövsiyə olunacaq.  Hər iki halda xidmətin səviyyəsinin ölçülməsi məqsədilə danışıqların qeydə alındığı bildiriləcəkdir.

1- düyməsi basıldıqdan sonra vətəndaş birbaşa qaynar xəttin operatoru ilə əlaqələndiriləcəkdir.

2- düyməsi basıldıqdan sonra isə vətəndaş, daxili nömrəni bilirsə, onu yığacaq, bilmirsə, ərizələrlə bağlı 1, rəhbər şəxslərin qəbuluna yazılmaq üçün 2, vahid aylıq müavinətlə bağlı 3, qeydiyyatla bağlı 4, məcburi köçkün vəsiqəsi ilə bağlı 5, qəsəbələrdə mənzillərin istismarı ilə bağlı 6, mənzillərlə bağlı 7 düyməsini basmalıdır. Operatorla danışmaq üçün 0 düyməsini basmaq tövsiyə ediləcəkdir.  

Qaynar xətt həftənin iş günlərində saat 9.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Dövlət Komitəsində qaynar xətt operatorları üçün xüsusi iş otağı ayrılıb və zəruri texniki avadanlıqlarla təchiz edilib. Qaynar xətt fəaliyyətdədir, vətəndaşların zənglərini qəbul etməyə hazırdır.

Əlavə olaraq qeyd edək ki, 2022-ci il 4 aprel tarixli 3199 nömrəli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamın 4.10-cu yarımbəndində də çağrı mərkəzlərinin işinin təkmilləşdirilməsi nəzərdə tutulur.

 

04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub