"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1125
Dövlət Komitəsində ədəbi dil normalarına həsr olunmuş təlim keçirilib
Mətbuat xidmətinin məlumatı 03 İyul, 2024

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində əməkdaşlar üçün “Rəsmi yazışmalarda ədəbi dil normalarının tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda təlim keçirilib. Ədəbi dil normalarına dair məlumatlılığı artırmaq, rəsmi yazışmalarda ədəbi dildən istifadə imkanlarını daha təkmillləşdirmək məqsədilə təşkil olunan təlimdə komitənin struktur bölmələrinin 30-dan çox əməkdaşı iştirak edib.

Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətində Azərbaycan dilinin statusuna və inkişafına xüsusi diqqət yetirdiyi, Prezident İlham Əliyevin bu siyasəti davam etdirərək, milli ədəbi dilin daha da zənginləşdirilməsi, qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafı ilə bağlı mühüm qərarlar verdiyi qeyd olunub.

Təlimdə hər bir dövlət qulluçusunun mükəmməl, sabit normalara malik Azərbaycan ədəbi dilinə bələdliyinin və rəsmi-işgüzar yazışmalarda ondan doğru-düzgün istifadə etməsinin zəruriliyi vurğulanıb, komitənin struktur bölmələrində hazırlanmış müxtəlif mətnlərdə ədəbi dil normalarının tətbiqi məsələləri təhlil edilib.

Komitənin aparat rəhbərinin müavini Vüqar Nəsirovun moderatorluğu ilə keçirilən təlimdə əməkdaşlarının sualları cavablandırılıb və müzakirələr aparılıb.

 

04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub