XƏBƏRLƏR
Çap et
1579
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü illik plenar sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edəcəkdir
Mətbuat xidmətinin məlumatı
29 Sentyabr, 2012

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlər və ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarla gördüyü işlər konkret olaraq öz nəticəsini verir, ölkə BMT-nin daha bir nüfuzlu təşkilatına üzv olmuşdur.
Azərbaycan artıq Birləşmiş Millətlər Təşkilatının daha bir nüfuzlu qurumunun, Qaçqınlar üzrə Ali Komissarlığın İcraiyyə Komitəsinin üzvünə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 19 dekabr 2011-ci il tarixli qətnaməsinin tələbinə əsasən Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında 26 aprel 2012-ci ildə səsvermə keçirilmiş və böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilməsi barədə yekdil qərar qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, bu münasibətlə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş Azərbaycan Hökumətinə təbrik məktubu ünvanlayaraq qeyd olunan nailiyyəti böyük məmnunluqla qarşıladığını bildirmişdir. Məktubda Azərbaycanın qaçqınların himayəsi və onların ağır vəziyyəti üçün həll yollarının tapılmasında nümayiş etdirdiyi maraq və qətiyyət, 1993-cü ildən tərəfdaş olduğu Qaçqınların statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu üzrə öhdəlikləri üzrə qaçqınları və sığınacaq axtaran şəxsləri ərazisinə qəbul etməsi təqdir olunmuşdur. Ali Komissar öz məktubunda 1-5 oktyabr 2012-ci il tarixdə keçiriləcək İcraiyyə Komitəsinin plenar iclasında Azərbaycanı yeni üzv kimi salamlamağı böyük səbirsizliklə gözlədiyini qeyd etmişdi.
Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəsi, Daq Siqurdson Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə qoşulması kimi çox mühüm hadisə münasibəti ilə Azərbaycan Hökumətinə olan səmimi təbriklərini çatdırmışdır. Nümayəndə əldə edilmiş uğurun didərgin insanların üzləşdikləri problemlərin həlli sahəsində Azərbaycan Hökuməti tərəfindən göstərilmiş və davam etməkdə olan səylərin yüksək qiymətləndirilməsinin təcəssümü kimi dəyərləndirmişdir. Məktubda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzvlüyün Azərbaycana öz təcrübəsi ilə qlobal qaçqın ehtiyacları barədə məlumatlılığın artırılması və onların qarşılanması istiqamətində konstruktiv töhfələr etməyə, dünyada olan qaçqın və məcburi köşkünlük problemlərinin aradan qaldırılmasına yönəlmiş proseslər barədə qərarların qəbul edilməsində daha fəal iştirak etməsinə şərait yaradacağı vurğulanmışdır. Eyni zamanda, məktubda qeyd olunmuşdur ki, qaçqınların, məcburi köşkünlərin və vətəndaşlığı olmayan şəxslərin müdafiəsi ilə bağlı Azərbaycan Hökumətinin artmaqda olan siyasi və iqtisadi qətiyyəti bu sahədə daha böyük müvəffəqiyyətlərin və nailiyyətlərin əldə olunacağına ümid etməyə əsas verir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsi bir qurum olaraq BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən 1958-ci ildə təsis edilmiş və 1 yanvar 1959-cu ildən fəaliyyətə başlamışdır. BMT Baş Məclisinin tələbinə əsasən, İcraiyyə Komitəsinə BMT-yə üzv olan, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində maraq və qətiyyət nümayiş etdirən dövlətlər seçilir. İqtisadi və Sosial Şura tərəfindən yaradılmasına baxmayaraq, İcraiyyə Komitəsi BMT Baş Məclisinin yardımçı orqanı kimi fəaliyyət göstərir və birbaşa Baş Məclisə hesabat verir.
BMT QAK-ın İcraiyyə Komitəsinin 63-cü sessiyası 1 oktyabr 2012-ci il tarixdə Cenevrədə, Millətlər Sarayında öz işinə başlayacaqdır. Bir həftə davam edəcək iclasda 87 üzv dövlət təmsil olunmaqla yanaşı, müşahidəçi qismində İcraiyyə Komitəsinin üzvü olmayan dövlətlər, BMT agentlikləri və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatları da iştirak edəcəkdir.
Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin tamhüquqlu üzvü seçilməsindən sonra ilk dəfə keçirilən plenar sessiyaya ölkəmizin yüksək səviyyəli nümayəndə heyəti də qatılacaqdır. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Ayaz Orucov daxildir. Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəyli də tədbirdə iştirak edəcəkdir.
05 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb