XƏBƏRLƏR
Çap et
1885
İranın Azərbaycandakı səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur
Mətbuat xidmətinin məlumatı
20 İyul, 2012
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyulun 19-da diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami ilə görüşmüşdür.
Əli Həsənov səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirmişdir.
Ölkələrimiz arasında sıx dini, tarixi, mədəni münasibətlərin olduğunu diqqətə çatdıran Baş nazirin müavini bildirmişdir ki, İranın “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatı bu gün də Azərbaycanda həyata keçirilən ən iri və davamlı humanitar layihələrdə yaxından iştirak edir. Bu təşkilatın xətti ilə respublikamızın 45 rayonundakı 500 yaşayış məntəqəsində 40 minədək qaçqın, məcburi köçkün və digər aztəminatlı əhalinin, o cümlədən şəhid ailələrinin ərzaq, maddi yardım, dərman preparatları və s. ilə təchizatı proqramları həyata keçirilir. Respublikamızın müxtəlif bölgələrində məskunlaşmış qaçqın, məcburi köçkün və aztəminatlı ailələrindən 1400-dək kimsəsiz uşaq bu təşkilatın himayəsinə götürülmüşdür. Təşkilat ölkəmizdə fəaliyyətə başladığı 1994-cü ildən indiyədək həyata keçirdiyi humanitar layihələrə 40 milyon dollar məbləğində vəsait sərf etmişdir.
Görüşdə qeyd olunmuşdur ki, İranın daha bir təşkilatı tərəfindən Qızıl Aypara Cəmiyyətinin xətti ilə Azərbaycanda müxtəlif humanitar layihələr həyata keçirilmişdir. 1993-cü ildə Biləsuvar, Saatlı və Sabirabad rayonlarının ərazisində yeddi çadır düşərgəsi salınmış və orada 46 min 471 məcburi köçkün müvəqqəti məskunlaşdırılmışdır. Ümumiyyətlə, 1993-2001-ci illərdə təşkilatın xətti ilə həyata keçirilən humanitar layihələrə təxminən 7 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir M.Bəhrami Azərbaycanda işləməkdən məmnunluğunu ifadə etmiş, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə və gücləndirilməsinə çalışdığını vurğulamışdır.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən diplomat İranın ölkəmizin əldə etdiyi nailiyyətlərə sevindiyini bildirmişdir. Səfir qeyd etmişdir ki, Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında münasibətlərin inkişafını hər zaman diqqət mərkəzində saxlayırlar.
Baş nazirin müavini Əli Həsənov diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









