"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2582
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Mətbuat xidmətinin məlumatı 12 Dekabr, 2023

Dekabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

 

Müstəqil Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Ermənistanın deportasiya siyasəti və hərbi təcavüzü nəticəsində ata-baba torpaqlarını tərk etmiş qaçqınlar və məcburi köçkünlər hər zaman Ulu Öndərin xüsusi diqqət və qayğısını hiss ediblər. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə ilk dövlət proqramı hazırlanıb və icra edilib. Ümummili lider Heydər Əliyevin uğurlu neft strategiyası öz bəhrəsini verməyə başladıqdan sonra Dövlət Neft Fondunun ilkin vəsaiti məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Eyni zamanda, məhz Ulu Öndərin təşəbbüsü və çağırışı ilə beynəlxalq təşkilatlar məcburi köçkünlərə yardımlar göstərməyə başlayıb ki, bununla da humanitar fəlakətin qarşısı alındı.

 

Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətini Prezident İlham Əliyev daha da zənginləşdirərək uğurla davam etdirir. 2020-ci ildə Vətən müharibəsində qazandığımız qələbədən sonra keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində məqsədyönlü iş aparılır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, bərpa edilən və yenidən qurulan tarixi yurd yerlərimizdə bu günədək 4 mindən çox məcburi köçkünün məskunlaşması təmin edilib. Məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər icra olunur. İşğaldan azad olunmuş ərazilərin yenidən abadlaşdırılmasında Birinci vitse-prezident xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən böyük layihələrin də mühüm rolu vardır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiram hissi ilə yad edib, məzarı önünə gül düzüb.

04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub