"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1595
Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar tədbir keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 21 İyun, 2012
İyunun 20-də Beynəlxalq Muğam Mərkəzində Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar tədbir keçirilmişdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Azərbaycan hökumətinin birgə təşkil etdikləri tədbirin iştirakçıları əvvəlcə BMM-in foyesində qaçqın və məcburi köçkünlərin acı həyatını əks etdirən fotostendə baxmışlar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək demişdir ki, BMT Baş Məclisinin hər il 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü elan etməsinin məqsədi bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qaçqın və məcburi köçkün problemini Azərbaycan hökumətinin bir nömrəli problemi elan etmişdir. Ulu öndərimiz əslində hələ o vaxt bu məsələnin bütün dünyanın bir nömrəli problemi olduğunu demişdir və BMT Baş Məclisi 2000-ci ildə belə bir qərar qəbul etməklə ümummilli liderin dediklərini təsdiq etmişdir. Mən uzun illər bu problemlə məşğul olan şəxs kimi belə hesab edirəm ki, bu, dünyanın ən ağrılı problemlərindən biridir. Münaqişə zonalarının və onun qurbanlarının sayı ilbəil artır. Bu gün dünyada 42 milyondan çox qaçqın və məcburi köçkün vardır. Bunların 15,2 milyonu qaçqın, 26,4 milyonu məcburi köçkün, 900 min nəfəri isə sığınacaq axtaranlardır. Əli Həsənov təəssüf hissi ilə demişdir ki, bu gün beynəlxalq aləmdə məcburi köçkünlərin statusunu müəyyənləşdirən qayda və konvensiyalar yoxdur. Hesab edirik ki, məcburi köçkünlərin statusu, onların hüququnu müəyyənləşdirən qaydaların qəbulunun vaxtı yetişmişdir. Əli Həsənov onu da vurğulamışdır ki, bu gün bir sıra Qərb dövlətləri, beynəlxalq təşkilatlar onların qəbul etdikləri qərarları icra etməyən ölkələrə, dövlət başçılarına qarşı sanksiyalar tətbiq edirlər. Bu, çox yaxşı haldır. Amma təəssüf olsun ki, həmin Qərb dövlətləri və beynəlxalq təşkilatlar onların qərar və qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı heç bir sanksiya tətbiq etmirlər. “Hamıya məlumdur ki, Köçəryan və Sərkisyan Azərbaycan torpaqlarının işğalına, Xocalı soyqırımının törədilməsinə, insanların deportasiyasına rəhbərlik etmişlər. Onda sual olunur: bu insanlara qarşı niyə eyni sanksiyalar tətbiq olunmur? Əgər sanksiya tətbiq etmək obyektivdirsə, hamısına tətbiq olunmalıdır”. Əli Həsənov Azərbaycandakı qaçqın və məcburi köçkün problemlərinin həllinə göstərdikləri yardıma görə beynəlxalq təşkilatlara, donor ölkələr və qeyri-hökumət təşkilatlarına minnətdarlıq etmişdir. O, ATƏT-in Minsk qrupuna üzv dövlətlərin və beynəlxalq təşkilatların birgə səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə nail olunacağına əminliyini ifadə etmişdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Daq Siqurdson çıxışında demişdir ki, qaçqınlar günü dünyanın bütün ölkələrində qeyd olunur. O, ötən 20 ildə Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, rəsmi Bakı başqa dövlətlərdən Azərbaycana gəlmiş minlərlə qaçqının probleminə də həssaslıqla yanaşmışdır. D.Siqurdson buna görə BMT rəhbərliyi adından Azərbaycan dövlətinin başçısına və hökumətinə minnətdarlıq etmişdir. Tədbirin sonunda Azərbaycanda yaşayan qaçqın və məcburi köçkün gənclərin hazırladığı sosial çarx nümayiş olunmuşdur. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin BMM ilə birgə hazırladığı konsert proqramı ilə başa çatmışdır. Tədbir çərçivəsində Azərbaycanda yaşayan qaçqınların əl işlərindən ibarət satış sərgisi də təşkil olunmuşdur.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb