"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1566
Belçika Parlamentinin üzvləri Dövlətqaçqınkomda olmuşlar.
Mətbuat xidmətinin məlumatı 25 May, 2012
Belçika Parlamentinin üzvləri Denis Dükarm və David Qerts mayın 25-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovla görüşmüşdür. Belçika Parlamentinin üzvlərinin ölkəmizə səfərini yüksək qiymətləndirən cənab Əli Həsənov 2012-ci ilin martında Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşarın dəvəti ilə bu ölkəyə səfərini xatırlatmışdır. Bildirmişdir ki, həmin vaxt Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında “İşğal olunmuş ərazilər, unudulmuş ərazilər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri” mövzusunda keçirilən dinləmələr, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, ümumilikdə Azərbaycan reallıqlarının belçikalı deputatlara çatdırılmasında xüsusi rol oynamışdır. Baş nazirin müavini həmin səfər çərçivəsində Belçika Krallığı Senatının sədri xanım Sabin de Betün ilə görüşünün əhəmiyyətini xüsusi qeyd etmişdir. Azərbaycanın müstəqillik tarixi və əldə etdiyi uğurlardan danışan Əli Həsənov demişdir ki, 1918-ci ildə Azərbaycan Şərqdə ilk demokratik respublika yaratmışdır. Azərbaycan qadınları ötən əsrin əvvəllərində - 1920-ci ildə seçib-seçilmək hüququ əldə etmişlər. Müqayisə üçün, fransız qadınlarına bu hüquq 1945-ci ildə, Belçika qadınlarına isə 1947-ci ildə verilmişdir. Azərbaycanın qazandığı uğurlardan danışan Əli Həsənov demişdir ki, 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi faktı rəsmi Bakının dünyadakı mövqeyinin ən parlaq göstəricisidir. Baş nazirin müavini Azərbaycan ilə Belçika arasında əlaqələrin inkişafında parlamentlərin rolunu, xüsusən də qanunverici orqanlardakı dostluq qruplarının fəaliyyətini, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Baş nazirin müavini təcavüzkar Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermiş, bu münaqişə nəticəsində yüz minlərlə insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü bildirmiş, Azərbaycan dövlətinin problemin sülh yolu ilə ədalətli həlli istiqamətində atdığı addımları, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyü işləri diqqətə çatdırmışdır. Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Denis Dükarm Azərbaycana yenidən səfər etmələrindən məmnun qaldıqlarını bildirmişdir. O demişdir ki, Bakı həqiqətən də sürətlə inkişaf edir və bu eyni zamanda, ölkənin inkişafı deməkdir. Belçika parlamentində keçirilmiş dinləmələrin əhəmiyyətindən danışan D.Dükarm demişdir ki, bu dinləmələr nəticəsində belçikalı deputatlar ilk dəfə Dağlıq Qarabağ haqqında ətraflı və düzgün məlumat əldə etmişlər. Ona görə də hesab edirik ki, bu cür dinləmələr davamlı olmalıdır. Qrupun digər üzvü David Qerts isə Azərbaycana 4-cü dəfə gəldiyini, bu səfərlər çərçivəsində regionlarda olduğunu, hər gəlişində müşahidə etdiyi dinamik inkişafın, Bakının gözəlliyinin onu valeh etdiyini bildirmişdir. Görüşdə qeyd olunmuşdur ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qısa zaman kəsiyində - 20 ildə çox böyük uğurlar qazanmışdır. Qərb dövlətlərinin 100 ilə keçdiyi inkişaf yolunu 20 ilə qət etmək heç də asan deyildir. Azərbaycan sivil, dünyəvi, demokratik inkişaf edən ölkədir. D.Qerts demişdir ki, bu gün Bakıda “Eurovision” mahnı müsabiqəsi keçirilir. Belçika təmsilçisinin də bu yarışmada iştirakı bizi çox sevindirir. Düşünürük ki, bu həm də Azərbaycanın necə inkişaf etdiyinin, dünyəviliyinin, tolerantlığının göstəricisidir. Görüşdə Azərbaycan ilə Belçika arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb