"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 329
Başlıbel qətliamı haqqında məlumat
Mətbuat xidmətinin məlumatı 18 Aprel, 2023

1993-cü il aprelin əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunarkən 2 min nəfər əhalisi olan Başlıbel kəndinin 76 nəfər sakini evlərini vaxtında tərk edə bilməyib.

Onlardan 9 nəfər mühasirədən çıxmaq istəyərkən qətlə yetirilib, 5 nəfər girov götürülüb.

Bundan sonra 62 nəfər dağlara çəkilib və kəndə yaxın kahalara sığınıb.

113 günlük mühasirə zamanı 14 nəfər girov düşüb. 18 nəfər isə qətlə yetirilib.

1 nəfər itkin sayılır.

29 nəfər 1993-cü il iyulun 22-də sağ-salamat Daşkəsən rayonu ərazisinə keçə bilib.

Faciə ilə bağlı 2017-ci ildə Azərbaycan və ingilis dillərində “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” adlı kitab nəşr olunub. Kitabda ermənilərin Başlıbel kəndində törətdiyi qırğının canlı şahidlərinin fikirləri yer alıb, həmçinin, mühasirədə qalan uşaqların, qocaların və qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilib.

Başlıbel sakini, Qarabağ müharibəsinin iştirakçısı, tanınmış jurnalist Elxan Salahov baş vermiş faciə haqqında yazdığı “Qanlı kaha” kitabını 2019-cu ildə çap etdirib. Kitabda Başlıbel kəndində mühasirədə qalan sakinlərin 4 aya yaxın çəkdikləri əzab-əziyyətdən və mühasirədən necə çıxdıqlarından bəhs edilir.

Elxan Salahovun qardaşı Kəlbəcər uğrunda döyüşdə şəhid olub.

2022-ci ildə Azərbaycan Televiziyası “Başlıbel – Bir kəndin mühasirə gündəliyi” adlı sənədli film çəkib. Filmin ssenari müəlliflərindən biri də Elxan Salahovdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 sentyabr 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edərkən deyib deyib: “Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb”.

 

Ağdaban qətilamı

 

1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən törədilib.

Qətliam nəticəsində 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilib, 67 nəfər isə amansızlıqla qətlə yetirilib. Bundan əlavə, 2 nəfər itkin düşüb, 12 nəfər ağır bədən xəsarətləri alıb.

Ağdabanla eyni gündə ermənilər Çayqovuşana da hücum ediblər.

 

Tunel qətliamı

 

1993-cü il martın 31-də Kəlbəcər-Laçın yolunun üstündə yerləşən tuneldə Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirən ermənilər  törədib. Bu hadisə zamanı qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 52 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.

 

07 Dekabr, 2023 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
05 Dekabr, 2023 / Mətbuat xidmətinin məlumatı Bu uşaqlar artıq köçkün deyil
01 Dekabr, 2023 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış ilham verir
01 Dekabr, 2023 / Mətbuat xidmətinin məlumatı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı
29 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın şəhərinə çatdı
29 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Tanınmış yazarların Şuşa şəhəri və Laçın rayonuna infoturu təşkil edilib
29 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Laçın şəhərinə növbəti köç karvanı yola salındı
28 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclas keçirilib
27 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə korrupsiyaya qarşı mübarizəyə dair təlim keçirilib
27 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Ağalı kəndində həyat canlanır
24 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
24 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinət barədə videoçarx hazırlanıb
24 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
23 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib
23 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirilib
23 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Zabuxa növbəti köç karvanı yola salındı
22 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın şəhərinə çatdı
22 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı