"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 530
Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub
Rəsmi xronika 04 Aprel, 2023

Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

 

Dövlətimizin başçısı əvvəlcə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, “Togg” şirkətinin baş icraçı direktoru və idarə heyətinin üzvləri ilə görüşdü.

 

Prezident İlham Əliyev: Bir daha salaməleyküm.

 

Mustafa Varank: Hörmətli cənab Prezidentim, xoş gəldiniz.

 

Prezident İlham Əliyev: Xoş gördük.

 

Türkiyə Palatalar və Birjalar Birliyinin rəhbəri Rifat Hisarcıklıoğlu: Salaməleyküm, cənab Prezidentim, necəsiniz?

 

Prezident İlham Əliyev: Salam, xoş gördük. Sizi gözləyirdik.

 

Rifat Hisarcıklıoğlu: Allah razı olsun. Cənab Prezidentim, gödəkcəni geyinərsinizmi?

 

Prezident İlham Əliyev: Təbii ki, geyinərəm.

 

Rifat Hisarcıklıoğlu: Ölçünü də tam tutdurmuşuq. Cənab Prezidentim, buranı ilk dəfə görürəm. Mənzərə möhtəşəmdir.

 

Prezident İlham Əliyev: Bura Bakının ən gözəl, ən mənzərəli yeridir. Ona görə mən bu yeri seçdim.

 

Xatirə şəkilləri çəkdirildi.

 

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” elektromobilinin T10X modelinin açarını dövlətimizin başçısına təqdim etdi.

 

Mustafa Varank: Hörmətli cənab Prezidentim, hörmətli Prezidentimizin salamlarını gətirdik.

 

Prezident İlham Əliyev: Əleykümsalam.

 

Mustafa Varank: Türkiyədən ikinci avtomobili Sizə təqdim etmiş oluruq. Bütün türk xalqı ikinci avtomobilin Azərbaycana göndərilməsindən çox məmnundur. Xeyirli-uğurlu olsun. İnşallah, gözəl günlərdə istifadə edərsiniz.

 

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. İlk növbədə, Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm ki, ikinci avtomobilin mənə verilməsini tövsiyə edib. Sizə də təşəkkür edirəm, ilk növbədə, bu gözəl avtomobili istehsal etdiyiniz üçün. Bu, Türkiyənin, Türkiyə sənayesinin növbəti böyük bir uğurudur. Bu hədiyyəni mənə təqdim etdiyiniz üçün xüsusi təşəkkürümü bildirmək istəyirəm.

 

Mustafa Varank: Xeyirli olsun.

 

Sonra Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olundu.

 

Dövlətimizin başçısı “Togg” elektromobilini idarə etdi.

 

Qeyd edək ki, 2022-ci il oktyabrın 29-da təqdimatı keçirilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də dövlətimizin başçısı olub. Ötən il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı dövlətimizin başçısı Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında həmin telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verdiyini bildirmişdi.

 

İlk avtomobil ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana təqdim olunub.

 

Xatırladaq ki, “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi ötən il oktyabrın 29-da keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. 2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Togg” elektromobilini sınaqdan keçirib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.

 

Qeyd edək ki, “Togg” elektromobilləri “Pamukkale”, “Anadolu”, “Gemlik”, “Kula”, “Oltu” və “Kapadokya” olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.

 

Türkiyənin 60 illik xəyalının reallaşması kimi qiymətləndirilən yerli avtomobil “Togg”un T10X modeli üçün sifariş hüququ qazanan 20 min əsas və 20 min ehtiyat qalibin siyahısı da artıq açıqlanıb. Püşkatma nəticəsində T10X modelini almaq hüququ qazanan şəxslərin siyahısı “Togg”un rəsmi internet saytında elan edilib. Bu modeli əvvəlcədən sifariş verən 177 min 467 nəfər arasında 20 min nəfər yerli avtomobil sahibi olub.

04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 İyun, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 May, 2024 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin nitqi
07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub