"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 449
İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub
Rəsmi xronika 25 Fevral, 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma kənddə görülmüş işlər barədə məlumat verdi.

Xanabad Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd Silahlı Qüvvələrimizin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid “Aslan qalası” memarlıq abidələri var.

Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə - 154 nəfər kəndə qayıdıb.

Xanabadda bir sıra sosial layihələr icra olunub. Belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması işlərinə başlanılıb. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub. Kəndin girişində “Xanabad” kompozisiyası quraşdırılıb, Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb.

X X X

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş Əmrah Sahiblinin evində oldular.

Prezident İlham Əliyev: Salam.

Qadın sakin: Salam, xoş gördük.

Nümayəndə: Cənab Prezident, kənd buradan görünür elə. Arxasında yardımçı sahələr də var.

Prezident İlham Əliyev: Necə yerləşmisiniz burada?

Sakin: Çox gözəl, Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Gəlin, gəlin, uşaqlar. Ev necədir?

Sakin: Çox gözəl, Allah razı olsun.

Prezident İlham Əliyev: Neçə gündür buradasınız, 5 gündür?

Sakin: 5 gün olar.

X X X

Prezident İlham Əliyev: Adın nədir?

Uşaq sakin: Duyğu.

Prezident İlham Əliyev: Duyğu? Gəl, gəl, Mehriban xanımla görüş.

Birinci xanım Mehriban Əliyeva: Gəl buraya, görüşək.

Sakin: Xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Harada yaşayırsan, göstər, hanı sənin otağın?

Prezident İlham Əliyev: Şəraitiniz necədir?

Sakin: Salam. Çox yaxşıdır.

Prezident İlham Əliyev: İşin var?

Sakin: Təmin ediblər.

Prezident İlham Əliyev: Gəlin. İşlə təmin etmək üçün təkliflər verərsiniz.

Nümayəndə: Bəli, cənab Prezident İlham Əliyev. Artıq müraciət edib. Sürücü işləyir. Ümumiyyətlə, çalışırıq məşğulluqla bağlı Sizin tapşırığınızı yerinə yetirək.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Nümayəndə: Xocalıya köçən əhalinin 4100 nəfərindən 1230 nəfəri daimi işlə təmin olunub. Müəssisələr də çoxdur. Açılışlarında Siz də iştirak edirsiniz.

Prezident İlham Əliyev: Bəli, müəssisələr çoxdur. Məktəb də var. Müəllimlər necədir?

Digər nümayəndə: Biz 110 ailəni köçürəndən sonra müəllim kontingenti buraya yığılacaq. Çünki az əhali ilə aça bilmirik. Novruz bayramına qədər buraya 110 ailəni köçürəcəyik. Evlər hamısı hazırdır.

Prezident İlham Əliyev: Sənin neçə yaşın var?

Kişi sakin: Otuz iki.

Prezident İlham Əliyev: Sən işğaldan sonra anadan olmusan?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Valideynlərin sağdır?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Harada yaşayırlar?

Kişi sakin: Xanabad kəndində.

Prezident İlham Əliyev: Bir daha təbrik edirəm.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Gedək, bayırda şəkil çəkdirək. Əlini ver.

Sakin: İlham dayıya əlini ver. Afərin.

Prezident İlham Əliyev: Sözəbaxan uşaqdır.

Sakin: Çox yaxşı uşaqdır, çox ağıllı oğlandır.

X X X

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sakin: Çox sağ olun.

Uşaq sakin: Mən Sizi televizorda görəndə çox sevinirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sağ olun.

 

23 İyul, 2026 / Rəsmi xronika “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 432-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
23 İyul, 2026 / Rəsmi xronika Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
11 İyul, 2026 / Rəsmi xronika İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib
11 İyul, 2026 / Rəsmi xronika İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
11 İyul, 2026 / Rəsmi xronika Prezident İlham Əliyevin Şuşa səfəri
11 İyul, 2026 / Rəsmi xronika Prezident İlham Əliyevin Laçına səfəri
23 İyun, 2026 / Rəsmi xronika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Şuşa şəhərinə səfəri
23 İyun, 2026 / Rəsmi xronika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Füzuli rayonuna səfəri
28 May, 2026 / Rəsmi xronika İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
18 Mart, 2026 / Rəsmi xronika İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
26 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
25 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
25 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocavənd kəndində və Xocavənd şəhərində görülmüş işlərlə tanış olub
18 Yanvar, 2026 / Rəsmi xronika İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
13 Yanvar, 2026 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdərə rayonuna səfər edib
24 Dekabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb
23 Dekabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb
23 Dekabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
28 Oktyabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
28 Oktyabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib