"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 180
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Rəsmi xronika 18 Yanvar, 2026

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

 

X X X

20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə tarixi səhifə yazdılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.

Qanlı 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı məsələ ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin səhəri günü - 1990-cı il yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Dahi şəxsiyyət bu hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edərək, onun törədilməsini kobud siyasi səhv kimi qiymətləndirdi. Xalqımızın başına gətirilən müsibəti dünyaya çatdıran Ümummilli Lider 20 Yanvar faciəsinin Azərbaycanın ovaxtkı rəhbərlərinin xalqımıza qarşı xəyanəti nəticəsində baş verdiyini və bunun cinayət olduğunu dəfələrlə bəyan edib. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha nümayiş etdirib.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul olundu. Bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərinin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Onların pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı qanunvericilik bazası yaradılıb.

Ulu Öndərin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi və suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı qürurla dalğalanır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri gedir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığını sübut edir.

26 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
25 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
25 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub
25 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocavənd kəndində və Xocavənd şəhərində görülmüş işlərlə tanış olub
13 Yanvar, 2026 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdərə rayonuna səfər edib
24 Dekabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb
23 Dekabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb
23 Dekabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
28 Oktyabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
28 Oktyabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
21 Avqust, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər
21 Avqust, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinə səfər ediblər
18 İyul, 2025 / Rəsmi xronika İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, sakinlərlə görüşüb
18 İyul, 2025 / Rəsmi xronika İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub
17 İyul, 2025 / Rəsmi xronika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuli və Şuşaya səfəri
27 May, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Laçına səfər edib
10 May, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam şəhərinə səfər edib
27 Mart, 2025 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
27 Mart, 2025 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və aparılan tikinti işləri ilə tanış olublar
18 Mart, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonuna səfər edib