XƏBƏRLƏR
Çap et
1573
Avropa Parlamentindən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Mətbuat xidmətinin məlumatı
09 Mart, 2012
Avropa Parlamentinin üzvləri Bas Eickhout, Dan Jorgensen, Norbert Neuser, Belçika Parlamentinin üzvü Alain Destexhe və digərləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşmüşlər.
Əvvəlcə qonaqlar Gəray Fərhadovun müşaiyəti ilə Dövlətqaçqınkomun foyesində ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi çoxsaylı tədbirləri özündə əks etdirən ekspozisiya və foto-stendlə tanış olmuşlar. Burada Ermənistan silahlı birləşmələrinin təcavüzü nəticəsində zor gücünə doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın ilk günlərdəki acınacaqlı durumlarını, o vaxtkı məskunlaşma obyektlərindəki dözülməz şəraiti, Ümummilli liderimizin, həmçinin Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərlə görüşlərini, çadır düşərgələrinin ləğvini, yeni salınmış qəsəbələr və hündürmərtəbəli yaşayış komplekslərinin ümumi görüntülərini və digər tədbirləri özündə əks etdirən foto-stend və ekspozisiyalar qonaqlarda böyük maraq doğurmuşdur.
Vaxt tapıb ölkəmizin bir saylı problemi ilə daha yaxından tanış olmaq üçün görüşə gəldiklərinə görə, Avropa Parlamentinin üzvlərinə təşəkkürünü bildirən Gəray Fərhadov xəritə üzərində qonaqlara həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat vermişdir.
Gəray Fərhadov münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq, Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını qeyd etmiş, işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin, mədəniyyət və incəsənət əsərlərinin, təbii sərvətlərin ermənilər tərəfindən məhv edilməsindən və mənimsənilməsindən söhbət açmışdır.
Azərbaycanın münaqişənin sülh yolla həllinə səy göstərməsinə diqqət çəkən natiq bunun dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini xüsusi vurğulamış, işğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Ermənistan tərəfinin saya salmadığını qeyd etmişdir.
O, sonda qeyd etmişdir ki, bu soydaşlarımız üçün hərtərəfli şərait yaradılmasına baxmayaraq onların bir arzu, istəkləri vardır: doğma torpaqlarına qayıtmaq! Azərbaycanın hərtərəfli inkişafına ciddi mane yaradan, eləcə də regionun və Avropanın təhlükəsizliyinə ciddi təhdid olan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları ilə bağlı fikirlərini yekunlaşdıran Gəray Fərhadov Avropa Parlamentinin Ermənistanın işğalçılıq siyasətini pisləyən, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qətnaməsinin indiyədək icra olunmamasından təəssüfləndiyini bildirib. O, bu qətnamənin və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair digər sənədlərin icrası ilə bağlı avropalı parlamentarilərin fəallıq göstərməsinin vacibliyini də qeyd edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə hərtərəfli, dolğun məlumata görə minnətdarlıqlarını ifadə edən qonaqlar bu cür səfər və görüşlərin əhəmiyyətindən söz açaraq bildirmişlər ki, bu səfər istər regionun geosiyasi vəziyyətinə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminə və onun həlli yollarına dair hərtərəfli məlumatların əldə edilməsi üçün geniş imkanlar yaradıb ki, sizin verdiyiniz hərtərəfli məlumatlardan biz bu imkanı əldə etdik. Görüşdə qonaqları maraqlandıran suallara da hərtərəfli cavab verilmişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









