XƏBƏRLƏR
Çap et
1575
Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərindən ibarət nümayəndə heyəti Ağdam rayonunda olmuşlar
Mətbuat xidmətinin məlumatı
07 Yanvar, 2012
Ölkəmizdə səfərdə olan Belçika–Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri yanvarın 7-də Ağdam rayonunda olmuşlar.
Belçika–Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri, həmçinin Milli Məclisin deputatı Qənirə Paşayeva və Qaçqınların və Məcburi Koçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olmuşlar.
Rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov qonaqlara Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 73,4 faizi – Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək dağıdılmışdır. Rayonun 180 min əhalisindən 140 mini məcburi köçkün kimi respublikamızın digər bölgələrində məskunlaşmışdır. Məcburi köçkünlərin ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır.
Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır. Hazırda rayon ərazisində 90 min əhali yaşayır ki, onun 50 mindən çoxu məcburi köçkünlərdir.
N.Sadıqov dünya birliyinin münaqişə ilə bağlı ikili siyasətinə təəssüfünü bildirərək beynəlxalq təşkilatlardan ədalətin təmin olunmasını istəmişdir.
Q.Paşayeva ötən il martın 8-də Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirildiyini qonaqların diqqətinə çatdıraraq bildirmişdir ki, cəbhə xəttində yaşayan dinc əhali tez-tez Ermənistan ordusu tərəfindən atəşə tutulur. Məlumat verilmişdir ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Ağdam rayonunun əhalisinin digər problemi isə su mənbələrinin işğal altında olmasıdır.
Sonra qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin və cəbhə xəttində yaşayan əhalinin həyat şəraiti ilə bağlı sualları cavablandırılmışdır.
Qonaqlara, həmçinin Ağdamın işğaldan əvvəlki və sonrakı görüntülərini əks etdirən “Qafqaz Xirosiması” filmi təqdim olunmuş, fotoalbom və filmin diski verilmişdir.
Daha sonra Belçika–Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbədəki 18 nömrəli məktəbə gəlmişlər. Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova qeyd etmişdir ki, 480 şagirdin təhsil aldığı məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün dövlət tərəfindən lazımi şərait yaradılmışdır.
Qonaqlar məcburi köçkün, I qrup Qarabağ müharibəsi əlili Fəxrəddin Rəhimovun mənzilinə də baxmış, ailənin şəraiti ilə tanış olmuşlar.
Belçika–Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Filip Blanşar jurnalistlərə bildirmişdir ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri haqqında daha ətraflı məlumat əldə etməkdir.
İşğal altında olan torpaqların azad edilməsi ilə bağlı beynəlxalq aləmdə qəbul edilən sənədləri diqqətə çatdıran F.Blanşar BMT və Avropa Şurasının münaqişə ilə bağlı mövqeyini dəstəklədiklərini, Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinin tərəfdarı olduqlarını bildirmişdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









