"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1813
Qayıdışın və reinteqrasiyanın effektivliyini təmin etmək üçün yeni elektron idarəetmə sistemi yaradılır
Mətbuat xidmətinin məlumatı 21 Dekabr, 2021

Azərbaycan dünyaya nümunə olacaq daha bir layihəni həyata keçirməyə hazırlaşır: işğaldan azad edilmiş ərazilərə - yenidən qurulan və bərpa olunan tarixi torpaqlarımıza Böyük Qayıdış başlanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi, rəşadətli ordumuzun hərbi qüdrəti sayəsində, igid oğullarımızın canı-qanı bahasına düşməndən alınan şəhər və kəndlərimizə yeni həyat qayıdacaq. Bu layihə də dünyanın inkişaf trendinə uyğun işlənir və ən müasir texnologiyaların tətbiqi ilə reallaşdırılacaq. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlətimizin başçısının tapşırıqlarının icrası ilə əlaqədar olaraq,  Böyük Qayıdışın mühüm tərkib hissəsinin – repatriasiya və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün zəruri tədbirlər görür. Bunlardan biri də müvafiq elektron idrarəetmə sisteminin yaradılmasıdır. Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bu barədə məlumat verərək deyib:

 

 - Böyük Qayıdış mürəkkəb və məsuliyyətli işdir. Dövlət Komitəsi də bu sahədə funksional vəzifələrini yerinə yetirməyə hazırdır, bu prosesin çevik, effektiv və şəffaf şəkildə aparılmasına nail olmaq üçün tədbirlər həyata keçirir. Belə ki, komitədə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı və daimi yaşayış yerlərində dayanıqlı məskunlaşması məqsədilə hazırlanmış “İLK (İnamlı, Ləyaqətli, Könüllü) addım” layihəsi çərçivəsində “Qayıdış və reinteqrasiya” elektron idarəetmə sisteminin yaradılması üzərində işlər yekunlaşır. Komitədə hazırlanmış və müvafiq qurumlara təqdim olunmuş “İşğaldan azad edilmiş ərazilərə qayıdış və reinteqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun, qayıdış və reinteqrasiya proseslərinin aparılması üçün normativ-hüquqi aktların layihələrində köçürülmənin, daimi məskunlaşmanın və reinteqrasiyanın müəyyən olunan meyarları və prinsipləri təsdiq edildikdən sonra yeni sistemin alqoritmləri ilə sinxronlaşdırılacaqdır.

 

Məlum olduğu kimi, dövlət başçısının tapşırığı əsasında, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması zamanı ən müasir texnologiyalar tətbiq edilir. “Ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” yaradılması kimi innovativ layihlərin icrasına başlanılıb. “Ağıllı kənd” layihəsi üzrə Zəngilan rayonunun Ağalı kəndində, ilkin mərhələdə, 200 fərdi yaşayış evi inşa edilir və sosial-texniki infrastruktur yaradılır. Komitə Ağalıya qayıdış prosesini məcburi köçkünlərin vahid məlumat bazasından və “elektron hökumət”ə inteqrasiya olunmuş, müxtəlif qurumlara aid servislərdən istifadə etməklə yeni qurulmuş “Qayıdış və reinteqrasiya” elektron idarəetmə sistemi ilə aparmağa hazırlaşır.

 

Qeyd etmək istərdim ki, komitənin strukturunda İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsi son dövrdə yaradılıb. Bundan sonra məcburi köçkünlərin uçotu elektronlaşdırılıb və onun əsasında vahid məlumat bazası formalaşdırılaraq, “elektron hökumət” və digər  dövlət qurumlarının informasiya bazaları ilə inteqrasiya edilib. Hər bir məcburi köçkünə aid məlumatların toplanıldığı vahid elektron məlumat bazası komitədə funksional fəaliyyətin çevikliyini və operativliyini yüksəltməklə, həm də idarəetməni asanlaşdırıb.  İki ildir ki, komitədə sənəd dövriyyəsinin elektron sistemi tətbiq edilir.

 

Məcburi köçkünlərin statusu və müvafiq vəsiqəsi, müavinət təminatı, kommunal ödənişləri haqqında məlumatlar ayrı-ayrılıqda elektronlaşdırılıb və  bu e-xidmətlərdən dövlət qurumları istifadə edirlər. Vətəndaşlara isə  my.gov.az elektron sistemindən məcburi köçkün statusu haqqında arayış əldə etmək imkanı yaradılıb.

 

“Qayıdış və reinteqrasiya” elektron platformasının yaradılması ərəfəsində, qayıdışa hazırlıq məqsədilə komitənin keçirdiyi sorğular əsasında əldə olunmuş əlavə məlumatlar da daxil edilməklə məcburi köçkünlərin vahid məlumat bazası daha da təkmilləşdirilir.

 

Vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərə qayıdış uzunmüddətli prosesdir. Söhbət yüz minlərlə həmvətənimizin daimi yaşayış üçün öz ata-baba yurduna qaytarılmasından, özü də beynəlxalq səviyyədə qəbul edilən təhlükəsizlik,  könüllülük və  layiqli həyat şəraitinin təmin edilməsi prinsipləri əsasında qaytarılmasından gedir.

 

Qayıdışın və reinteqrasiyanın həyata keçirilməsi üçün yaradılan yeni elektron sistemin bu prosesin gedişində qazanılan təcrübə əsasında daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Sonrakı mərhələdə dayanıqlı məskunlaşmaya, məşğulluğun təmin olunmasına, reinteqrantlara xidmətlərin göstərilməsinə dəstək verəcək mobil tətbiqin hazırlanması da gündəlikdədir.

14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb