XƏBƏRLƏR
Çap et
1609
Bu münaqişə təkcə Azərbaycanda deyil, ümumilikdə Cənubi Qafqazda barıt çəlləyini xatırladır
Mətbuat xidmətinin məlumatı
09 Dekabr, 2011
Avropalı parlamentarilər məcburi köçkünlərlə görüşdə belə deyiblər
Avropa Parlamentində Fransanı təmsil edən deputatlar Dominik Rike və Filip Bulan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşmüşlər.
Əvvəlcə qonaqlar Gəray Fərhadovun müşaiyəti ilə Dövlətqaçqınkomun foyesində ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi çoxsaylı tədbirləri özündə əks etdirən ekspozisiya və foto-stendlə tanış olmuşlar. Burada Ermənistan silahlı birləşmələrinin təcavüzü nəticəsində zor gücünə doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın ilk günlərdəki acınacaqlı durumlarını, o vaxtkı məskunlaşma obyektlərindəki dözülməz şəraiti, Ümummilli liderimizin, həmçinin Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərlə görüşlərini, çadır düşərgələrinin ləğvini, yeni salınmış qəsəbələr və hündürmərtəbəli yaşayış komplekslərinin ümumi görüntülərini və digər tədbirləri özündə əks etdirən foto-stend və ekspozisiyalar qonaqlarda böyük maraq doğurmuşdur.
Vaxt tapıb ölkəmizin bir saylı problemi ilə daha yaxından tanış olmaq üçün görüşə gəldiklərinə görə, Avropa Parlamentinin üzvlərinə təşəkkürünü bildirən Gəray Fərhadov xəritə üzərində qonaqlara həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat vermişdir.
Gəray Fərhadov münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq, Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını qeyd etmiş, işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin, mədəniyyət və incəsənət əsərlərinin, təbii sərvətlərin ermənilər tərəfindən məhv edilməsindən və mənimsənilməsindən söhbət açmışdır.
Azərbaycanın münaqişənin sülh yolla həllinə səy göstərməsinə diqqət çəkən natiq bunun dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini xüsusi vurğulamış, işğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Ermənistan tərəfinin saya salmadığını qeyd etmişdir.
O, sonda qeyd etmişdir ki, bu soydaşlarımız üçün hərtərəfli şərait yaradılmasına baxmayaraq onların bir arzu, istəkləri vardır: doğma torpaqlarına qayıtmaq! Azərbaycanın hərtərəfli inkişafına ciddi mane yaradan, eləcə də regionun və Avropanın təhlükəsizliyinə ciddi təhdid olan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları ilə bağlı fikirlərini yekunlaşdıran Gəray Fərhadov Avropa Parlamentinin Ermənistanın işğalçılıq siyasətini pisləyən, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qətnaməsinin indiyədək icra olunmamasından təəssüfləndiyini bildirib. O, bu qətnamənin və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair digər sənədlərin icrası ilə bağlı avropalı parlamentarilərin fəallıq göstərməsinin vacibliyini də qeyd edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə hərtərəfli, dolğun məlumata görə minnətdarlıqlarını ifadə edən qonaqlar bu cür səfər və görüşlərin əhəmiyyətindən söz açaraq bildirmişlər ki, bu səfər istər regionun geosiyasi vəziyyətinə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminə və onun həlli yollarına dair hərtərəfli məlumatların əldə edilməsi üçün geniş imkanlar yaradıb ki, sizin verdiyiniz hərtərəfli məlumatlardan biz bu imkanı əldə etdik. Qonaqlar Azərbaycan dövlətinin bu sahədə gördüyü işləri yüksək dəyərləndirməklə bildirmişlər ki, Avropada, ümumiyyətlə Qərbdə Azərbaycandakı qaçqın və məcburi köçkün problemi ilə, onun aradan qaldırılması istiqamətində görülən bu cür tədbirlərlə bağlı kifayət qədər məlumat yoxdur. Dünyada, eləcə də Fransada erməni lobbisinin apardığı məkrli siyasət fikirlərin haçalanmasına gətirib çıxarır ki, bunlar da yolverilməzdir.
Görüşdə qonaqları maraqlandıran suallara da hərtərəfli cavab verilmişdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









