XƏBƏRLƏR
Çap et
1949
Cenevrədə BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində keçirilən hökumətlərarası tədbirində Azərbaycanın qaçqın və məcburi köçkün problemindən geniş söhbət açılmışdır.
Mətbuat xidmətinin məlumatı
07 Dekabr, 2011
Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 7-8-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən təşkil edilmiş BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak etmək məqsədi ilə Cenevrədə səfərdə olmuşdur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Əli Həsənov dekabrın 7-də BMT-nin Cenevrə bölməsinin baş qərargahında “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasının 60, “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” 1961-ci il Konvensiyasının 50-ci ildönümünə həsr olunmuş BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirdə çıxış etmişdir.
Azərbaycanın da qoşulduğu BMT-nin Qaçqınların statusuna dair 1951-ci il və Vətəndaşsızlıqla bağlı 1961-ci il konvensiyalarının əhəmiyyətindən danışan cənab Əli Həsənov diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və onun ağır nəticələrinə yönəldərək demişdir ki, ölkəmizə qarşı hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bərqərar olmuş siyasi sabitliyin, uğurlu iqtisadi islahatların qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına imkan verdiyini xüsusi vurğulayan Baş nazirin müavini, eyni zamanda, bu qəbildən olan insanlar üçün dövlətimiz tərəfindən həyata keçirilmiş layihə və proqramlar barədə ətraflı məlumat vermişdir. Cənab Əli Həsənov demişdir ki, ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması, sığınacaq axtaran şəxslərin problemlərinin həlli və miqrasiya prosesləri barədə qanun və normativ aktlar qəbul edilmiş və onların icrası üçün zəruri tədbirlər həyata keçirilir. Ermənistandan silah gücünə qovulmuş 250 min nəfər azərbaycanlı qaçqına Azərbaycan vətəndaşlığı verilmişdir.
Qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışan cənab Əli Həsənov bildirmişdir ki, ölkədə mövcud olan 12 çadır düşərgəsi 2007-ci ildə ləğv edilmiş, Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına yeni salınmış 70 müasir qəsəbəyə 21 min 600 ailə, 107 min nəfərdən çox qaçqın və məcburi köçkün köçürülmüşdür. Qaçqınlar və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 74 faizdən 18 faizədək azalmışdır.
Ali Komissar Antonio Quterreş ölkəmizdə səfərdə olarkən görülmüş bütün bu işlərin şahidi olmuşdur. Qaçqın və sığınacaq axtaran şəxslərlə yanaşı, məcburi köçkünlərə göstərdiyi yüksək diqqətə görə Ali Komissara səmimi minnətdarlığımızı bildiririk.
Bütün bunlara baxmayaraq, bu gün 400 min məcburi köçkün hələ də müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır. Buna görə də donor ölkələrin, beynəlxalq təşkilatların bu sahədə fəaliyyətinə ehtiyac duyulur.
Baş nazirin müavini cənab Əli Həsənov Azərbaycan Hökumətinin üzərinə götürdüyü öhdəlikləri bəyan etmiş, respublikamızın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əlaqələrin inkişaf etdirilməsinə sadiq olduğunu bildirmiş və bir sıra təkliflər irəli sürmüşdür.
Baş nazirin müavini cənab Əli Həsənov demişdir ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinin əsasında nizamlanması üçün əlindən gələni edir. Təəssüf ki, Ermənistan, əksinə, xalqlarımız arasında inam yaratmaq əvəzinə ədavəti qızışdırmağa, bölgədə nifrət hissinin kök salmasına səy göstərir. Azərbaycanın işğal altında olan 20 faiz ərazisində infrastruktur tamamilə dağıdılmışdır və 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq milliyyətcə erməni olan mülki əhali kənardan gətirilərək bu ərazilərə yerləşdirilir. Tərkibində BMT QAK-ın nümayəndələrinin də iştirak etdiyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin Səhra Qiymətləndirmə Missiyası 2010-cu ilin oktyabrında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan işğal altındakı Dağlıq Qarabağa və ətraf 7 rayona səfər zamanı bu cür halların bir daha şahidi olmuşdur.
Hesab edirik ki, bu vəziyyət bütövlükdə region üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə, regionda sülhün və ədalətin bərpasına nail olmalıdırlar.
Azərbaycan Hökuməti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlığını qarşıdakı illərdə də davam etdirəcəkdir.
Müxtəlif ölkələrdən 800 nümayəndənin qatıldığı tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş, ABŞ-ın dövlət katibi Hillari Klinton, BMT-yə üzv dövlətlərin nazirləri və digər nümayəndə heyətlərinin rəhbərləri də çıxış etmişlər.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









