XƏBƏRLƏR
Çap et
1544
İvo Vayql: Dağlıq Qarabağ probleminin həlli beynəlxalq siyasətin prioritetinə çevrilməlidir
Mətbuat xidmətinin məlumatı
29 Noyabr, 2011
«Bütün dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bilir»
Baş nazirin müavini – Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov 2011-ci il 29 noyabr tarixdə ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü İvo Vayqlı qəbul etmişdir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Avropa Parlamenti deputatının ölkəmizə səfər proqramı çərçivəsində bir gün əvvəl məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq məqsədilə Ağdam rayonu ərazisində yeni salınmış qəsəbəyə səfərini, burada məcburi köçkünlərlə keçirdiyi görüşü, həmçinin problemin həllində Azərbaycanın haqq işi ilə bağlı söylədiyi fikirləri yüksək dəyərləndirən Ə.Həsənov qonağın diqqətinə çatdırmışdır ki, bu gün Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Qonağın geniş diplomatik təcrübəyə malik olduğunu bir daha diqqətə çatdıran Baş nazirin müavini onu da bildirmişdir ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir.
Münaqişə, onun yaranma səbəbləri və bu günkü reallıqlar, eləcə də münaqişənin həllində yaranmış problemlərlə bağlı qonağa ətraflı məlumat verən Ə.Həsənov münaqişənin beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olduğunu, lakin bütün bunlara baxmayaraq Azərbaycan torpaqlarının hələ də işğal altında qaldığını və qonağın da bütün bunlardan məlumatlı olduğunu diqqətə çatdıraraq bildirmişdir ki, bu məsələ ilə bağlı olduqca güclü hüquqi baza vardır, işğalçı qoşunların işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin olmasına baxmayaraq bunlar yerinə yetirilmir. Bu səbəbdən də belə ədalətsizlik təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinə və sabitliyinə böyük həmlədir, təhlükədir.
Qonağı maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılan görüşdə Sloveniyadan olan İvo Vayql Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə yaxından tanış olduğunu, təmsil etdiyi qurumda münaqişənin həlli ilə bağlı Azərbaycanın haqq işinin qalib gəlməsi üçün bacarıq və səylərini əsirgəməməyə çalışdığını önə çəkərək həmçinin qeyd etmişdir ki, bu problem artıq diplomatlar tərəfindən həll ediləsi problem deyil. Bu baxımdan Avropa İttifaqının da münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasının vacibliyini onunla əlaqələndirmişdir ki, belə olduğu halda daha çox və effektli tədbirlər həyata keçirmək mümkündür: «Dağlıq Qarabağ probleminin həlli beynəlxalq siyasətin prioritetinə çevrilməlidir. Bu münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Azərbaycan hökumətinin gördüyü işləri yüksək dəyərləndirən qonaq onu maraqlandıran məsələlərlə bağlı ətraflı məlumata görə minnətdarlığını bildirmiş, Azərbaycana səfəri, məcburi köçkünlərlə görüşü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli yolları ilə bağlı ətraflı məqalə hazırlayacağını da vəd etmişdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









