"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 986
Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq
Rəsmi xronika 28 May, 2021

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.

 

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.

 

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov: Cənab Prezident, əvvəlcə, onu qeyd edim ki, Zəfər və İşğal muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanmışdır. İcazə verin, əvvəlcə, çox qısa bir videoya baxaq.

 

Deməli, bu, hər iki kompleksin iki hissəsidir - İşğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ.

 

Prezident İlham Əliyev: Bir yerdə yerləşir?

 

Emin Hüseynov: Bir-birinin yanında yerləşir və 18 hektar ərazini əhatə edir. Bizim durduğumuz yer açıq hava altındadır. Dram teatrının yanındadır. Muzey o tərəfdə olacaq. Bu şəkildə də gördüyünüz kimi 8 hektar ərazini əhatə edir.

 

Prezident İlham Əliyev: Qalıqlar qalacaq?

 

Emin Hüseynov: Bəli, fikir verirsinizsə, burada həmin o göldür. Biz buna yaddaş gölü deyirik. Onun üstündə həm Dram teatrının qapıları, həm kitabxana, poçt ofisi də var idi. Kitabxana olub, otel olub, poçt ofisi olub və balaca dükan da olub.

 

Prezident İlham Əliyev: Bu da belə qalacaq?

 

Emin Hüseynov: Bəli, bu da belə qalacaq. Bunların görüntüsü həm gündüz, həm də axşam xüsusi rəqəmsal işıqlandırma vasitəsilə gölün üzərində əks olunacaq.

 

Prezident İlham Əliyev: Bəs, dağıdılmış digər evlər, mən demişdim ki, onlar saxlanılsın. Onlar da bu ərazidədir?

 

Emin Hüseynov: Bəli, o bağdadır, memorial bağda, bax, bu ərazidə. Hamısı qalır burada, orada həm də nar bağları arasında cığırlar təşkil olunacaq.

 

Prezident İlham Əliyev: Marşrutlar.

 

Emin Hüseynov: Bəli, xüsusi mobil tətbiqlər olacaq ki, “mented Reality” ilə onun üzərindən keçəndə haqqında müəyyən hekayələr çıxacaq, insanların danışdıqları rəvayətlər.

 

Prezident İlham Əliyev: Sonra Zəfər muzeyinə birləşir?

 

Emin Hüseynov: Bəli, bu, ümumilikdə 22,5 hektar ərazini əhatə edir. Zəfər muzeyi isə digər tərəfdə, Bayraq meydanının yanında yerləşir, yaxınlıqda isə Zəfər arenası olacaq. Çörək muzeyi burada olacaq, o da bərpa ediləcək.

 

Prezident İlham Əliyev: Gölün içindəki bina nədir?

 

Emin Hüseynov: Həmin bu binadır, cənab Prezident.

 

Prezident İlham Əliyev: Yəni, bu da gölün içində olacaq?

 

Emin Hüseynov: Bəli. Eyni zamanda, burada belə bir obyekt də olacaq. Konsepsiyası hazırlanır. Bu ortadakı bina. Sizin diqqətinizə muzeyin strukturu haqqında məlumatı çatdırmaq istərdim. Bu, çox dağınıq struktura malikdir. Məqsəd 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi çox çətin yolu göstərməkdir. Bu, xarici görünüşüdür. Burada giriş hissəsi var. Giriş hissəsində çox nəhəng ekranlar quraşdırılacaq. Orada işğal dövrünün ağrılı-acılı günləri nümayiş etdiriləcək. Birinci zalda Qarabağın, Ağdamın tarixi faktlarla göstəriləcək, ikinci zalda 360 dərəcəlik rəqəmsal ekranlarda müharibə dövrünün çox ağır günləri, dairəvi zalda Ağdamın dağıdılması, yerlə-yeksan edilməsi göstəriləcək. Bu vəhşiliklərin hamısı videolarla və hekayələrlə olacaq. Dördüncü çox böyük və hündür zaldır. Bu, məhz 30 illik dövr ərzində verdiyimiz qurbanların xatirəsinin ehtiramla yad edilməsinə həsr olunub. Nəhayət ən vacibi - beşinci zal Xocalı soyqırımından xilas olmaq üçün Ağdama üz tutmuş köçkünlərimizin keçdiyi əzab-əziyyətli yolu əks etdirəcək. Onlara həmin hissləri yaşatmaq üçün o otaqda çox soyuq temperatur olacaq ki, insanlar, ziyarətçilər o soyuğu hiss etsinlər. Bura isə sükunət zalı dediyimiz yerdir. Bu sarı xətt işıq kimi görsənir. Amma yaxınlaşdığımız zaman belə bir mənzərə ortaya çıxır, dağıntılar, evlərin yanması. Böyük otaq insanlara həmin o hissi yaşatmaq üçün böyük effekt verəcək. Arxiv zalında tarixi faktların hamısı əks olunacaq. Bütün bunlar və virtual zal. Memorial bağ qeyd edildiyi kimi, səma altında muzey olacaq. Hətta yanmış o sınıq-salxaq avtomobillərin qalıqları nar bağlarının arasında göstəriləcək.

 

Bir də dediyim mobil tətbiq budur. Bina üzərinə gətirildikdə artıq onun haqqında hekayələr çıxacaq. Bu göldür, həmin Dram Teatrının qapıları və bu tağlardan ibarət bir hasar. Bu tağ Qələbə rəmzidir. Lakin çox əlamətdar məsələ odur ki, bu hasar tamamilə Ağdam daşlarından qurulacaq. Həm burada qalıqlar şəklində yığılıb qalmış daşlar, həm də Ağdamın özündə istehsal olunmuş daşlarla inşa olunacaq. Bütün bu binaların hamısının əksi göldə həm gündüz, həm də gecə görünəcəkdir. Zəfər muzeyinin simvolikası Şuşa qalasının qapısını və Qələbə rəmzini təcəssüm etdirir.

 

Prezident İlham Əliyev: Zəfər tağı kimi?

 

Emin Hüseynov: Bəli, Zəfər tağı kimi, ağ və qara fonlarda hazırlanıb. Bakıda da belə bir Zəfər muzeyi yaradılacaq. Həmin simvolikadan orada da istifadə olunacaq. Zəfər muzeyi həm abidədir, həm də muzeydir. Üstündəki həmin tağ Günəşin ardınca hərəkət edir, Günəş enerjisi əsasında. O da bərpaolunan enerjidir. O da o anlama gəlir ki, bizim Zəfərimiz, bizim Qələbəmiz tükənməzdir, əbədidir. İçərisindəki muzey dəmir və şüşə konstruksiyalardan ibarətdir. Dəmir “Dəmir yumruq” əməliyyatını, şüşə isə bizim müharibənin, bizim Qələbəmizin ədalətli, saf olduğunu təcəssüm etdirir. İstəyirik burada da qürur, sülh və doğma torpaq təntənəsini çatdıraq. Bir neçə sərgi zalı var. Giriş zalında nəhəng rəqəmsal ekranlar quraşdırılacaq. Ondan sonra bizim pilotsuz uçuş aparatları, ən müasir hərbi texnika, müharibə zamanı istifadə olunan nadir hərbi əməliyyatlar taktikası və sözsüz ki, simulyasiya otaqları. Ən vacib otaq isə bizim qəhrəman oğullarımızın adları həkk edilmiş divarda sakit axan şəlalə, üstündə qırmızı güllər olacaq. Bu, qurbanlarımızın xatirəsini daim yad etmək üçündür.

 

Prezident İlham Əliyev: Eyni zamanda, 44 günlük müharibənin hər bir günü burada əks olunmalıdır. O günün tarixçəsi əks etdirilməlidir.

 

Emin Hüseynov: Bu ikinci zaldakı rəqəmsal masalarda hər bir əməliyyat barədə geniş məlumat veriləcək. Zəfər arenası amfiteatr şəklində qurulub. Quruluşu elədir ki, buradan həm Zəfər muzeyi, həm də Bayraq meydanı görünür. Üzərində avtomatik rejimdə açılıb-yığılan dam örtüyü olacaq.

04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
04 Oktyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib
20 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib
03 Sentyabr, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib
05 İyul, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Xocalı hava limanında olub
25 İyun, 2024 / Rəsmi xronika Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
28 May, 2024 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb
10 May, 2024 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər
10 May, 2024 / Rəsmi xronika Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin nitqi
07 Dekabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
16 Oktyabr, 2023 / Rəsmi xronika Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib
28 Sentyabr, 2023 / Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
17 İyun, 2023 / Rəsmi xronika İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar
28 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib
27 May, 2023 / Rəsmi xronika İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub