"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1388
Prezident İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkib
Rəsmi xronika 28 May, 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib.

 

“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına burada salınacaq meşə-park barədə məlumat verdi.

 

Bildirildi ki, burada ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək.

 

Prezident İlham Əliyev: Hansı tərəfdən?

 

Ruslan Sadıqov: Bu göldür, bu isə kanaldır, hansı ki, bayraq qoymuşuq, o kanalın səviyyəsidir. Bu göl onun ətrafında olacaq və sonra kanal öz yoluna davam edəcək. Ətraf ərazilər abadlaşdırılacaq və burada gözəl meşə-park yaradılacaq. Parkda sakinlər və turistlər üçün gözəl istirahət guşələri təşkil olunacaq.

 

Prezident İlham Əliyev: Çox gözəl, yəni, şəhərə giriş böyük meşə massividir.

 

Ruslan Sadıqov: Bəli, böyük meşə massividir. Məlum olduğu kimi, erməni işğalçılar burada meşələrin, yaşıllıqların hamısını qırıblar. Demək olar ki, heç bir yaşıllıq qalmayıb. Ona görə də burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi ilkin olaraq bu təşəbbüslə çıxış ediblər və əkinə də başlayıblar. Bu, dağdağan ağacıdır. O Azərbaycanın simvolik ağacıdır.

 

Prezident İlham Əliyev: Simvoludur.

 

Ruslan Sadıqov: Ağdamda bu ağaclar bizi gözləyirdilər. Ona görə şərəf olardı ki, Siz ağacın birini əkəsiniz.

 

XXX

 

Prezident İlham Əliyev ərazidə dağdağan ağacı əkdi.

26 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
25 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
25 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub
25 Fevral, 2026 / Rəsmi xronika İlham Əliyev Xocavənd kəndində və Xocavənd şəhərində görülmüş işlərlə tanış olub
18 Yanvar, 2026 / Rəsmi xronika İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
13 Yanvar, 2026 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdərə rayonuna səfər edib
24 Dekabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb
23 Dekabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb
23 Dekabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
28 Oktyabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
28 Oktyabr, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
21 Avqust, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər
21 Avqust, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinə səfər ediblər
18 İyul, 2025 / Rəsmi xronika İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, sakinlərlə görüşüb
18 İyul, 2025 / Rəsmi xronika İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub
17 İyul, 2025 / Rəsmi xronika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuli və Şuşaya səfəri
27 May, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Laçına səfər edib
10 May, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Ağdam şəhərinə səfər edib
27 Mart, 2025 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
27 Mart, 2025 / Rəsmi xronika İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və aparılan tikinti işləri ilə tanış olublar