XƏBƏRLƏR
Çap et
2197
Azərbaycan Respublikası ilə Dünya Bankı arasında növbəti kredit layihəsinə dair saziş imzalanmışdır
Mətbuat xidmətinin məlumatı
17 Noyabr, 2011
Noyabrın 16-da Azərbaycan Respublikası ilə Dünya Bankı arasında “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə kredit sazişi imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən Baş nazirin müavini cənab Əli Həsənov, Dünya Bankı tərəfdən isə bu qurumun ölkə üzrə rəhbərinin nümayəndəsi Səidə Bağırlı imzalamışlar. Layihə çərçivəsində ayrılan vəsaitin məbləği 78 milyon 400 min dollardır.
İmzalanmadan əvvəl Əli Həsənov layihə barədə məlumat verərək bildirmişdir ki, bu, tərəflər arasında bağlanan üçüncü müvafiq sazişdir.
Əli Həsənov qeyd etmişdir ki, bu gün imzalanan saziş üzrə ayrılan vəsaitin 50 milyon dolları Dünya Bankı, 28,4 milyon dolları isə Azərbaycan Hökumətinə aiddir. Vəsait 4 istiqamətdə xərclənəcəkdir. Buraya ilk növbədə məcburi köçkünlərin yığcam yaşadıqları ərazilərdə infrastruktur mikrolayihələri daxildir.
Baş nazirin müavini bildirmişdir ki, ayrılacaq vəsait əsasən qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə yönəldiləcəkdir. Bu məqsədlə 90-dan artıq ictimai binada bərpa və təmir işləri həyata keçiriləcəkdir. Azərbaycan Hökuməti yurd-yuvalarından didərgin düşmüş insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına böyük önəm verdiyi üçün layihədə bu məsələyə xüsusi diqqət yetirilmişdir.
Dünya Bankının nümayəndəsi S.Bağırlı demişdir ki, cari il oktyabrının 27-də təsdiq olunmuş layihə üzrə sazişin noyabrın 16-da imzalanması rekord göstəricidir. Bu da Azərbaycan rəhbərliyinin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həssaslığının təzahürü kimi qiymətləndirilməlidir.
Layihənin gəlir imkanlarının dəstəklənməsi komponenti çərçivəsində 1400-ə yaxın gənc peşə təlimi kurslarını bitirdikdən sonra öz bizneslərinə başlamaq üçün qrant əldə edəcəkdir. Eyni zamanda, 200-ə yaxın icma qrupu müvafiq təlimdən sonra kiçik biznes yaratmaq üçün maliyyə dəstəyi alacaqdır. Bundan başqa, məcburi köçkünlərin gəlirlərinin artırılması fəaliyyəti çərçivəsində biznesə başlamaq və ya mövcud biznesi inkişaf etdirmək üçün 1500-dək mikrokredit veriləcəkdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









