Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin 9 fevral 2021-ci il tarixli, 9 saylı əmri ilə Komitə yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə Komitənin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası yaradılıb.
Seçki Komissiyasının 24 fevral 2021-ci il tarixli iclasında İctimai şuranın üzvlərinin say həddi və İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib. İctimai şura üzvlərinin sayı 13 üzv müəyyən edilib. Komissiyanın qərarı ilə 1 mart 2021-ci il tarixdən 4 aprel 2021-ci il tarixədək İctimai şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı müraciətlər qəbul edilib. İctimai şura üzvlüyünə 31 şəxs namizədliyini irəli sürüb və aşağıdakı 31 şəxsin namizədliyi qeydə alınıb.
Səsvermədə iştirak üçün Vətəndaş Cəmiyyəti İnstitutları təmsilçisi barədə məlumatları (şəxsiyyət vəsiqəsinin surəti və hansı vətəndaş cəmiyyətini təmsil etməsi haqqında məlumat) 14 aprel 2021-ci il saat 18:00-dək Seçki Komissiyasına təqdim etməlidirlər.
Bunun üçün qeyd edilən sənədlər beimxd@qachqinkom.gov.az elektron ünvanına göndərilməlidir.
Həmçinin Seçki Komissiyasının 5 aprel 2021-ci il iclasında İctimai Şuraya seçkilərin 26 aprel 2021-ci ildə səhər saat 10:00-dan 16:00-dək Dövlət Komitəsinin zalında keçirilməsi qərara alınıb. Səsvermədə iştirak edəcək təşkilat təmsilçilərindən səsvermə bülletenlərini alarkən şəxsiyyət vəsiqələrini və ya şəxsiyyət vəsiqəsini əvəz edəcək sənəd təqdim etməsi xahiş olunur.
İctimai şura üzvlüyünə aşağıdakı vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinın namizədliyi qeydə alınıb:
1. “Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər” Təşkilatının sədri – Vüqar Qədirov
2. “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyinin üzvü – Aydan Xıdırova
3. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri – Rey Qasımov
4.“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbacanlı İcması” İctimai Birliyinin üzvü – Samirə Hüseynova
5. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti – Umud Mirzəyev
6. “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin üzvü – Nail Şükürov
7. “Correct.az” MMC-nin direktoru – Rövşən Əsədov
8. “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri – Qəmzə Yusubova
9. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri – Məhluqə Rəhimova
10. Fərdi namizəd – Ağamməd Ağayev
11. Fərdi namizəd – Qəzənfər Hüseynov
12. Fərdi namizəd – Rəşad Abdullayev
13. “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri – Bəsti Nəsibova
14. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri – Zaur Quliyev
15. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri – Ramil İskəndərli
16. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri – Xatirə Vəliyeva
17. “Kitab Evi” İctimai Birliyinin sədri – Adilə Nəzərova
18. Qarabağ müharibəsi veteranı – Səbuhi Hüseynov
19. Qarabağ müharibəsi veteranı – Təyyar Eminov
20. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri – İradə Nəsirova
21. “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri – Məmmədhəsən Həsənov
22. “Region Plus” Jurnalının baş redaktoru – Namiq Mailov
23. “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri – Xalid Kazımov
24. “Report” İnformasiya Agentliyinin redaktoru – İmdad Əlizadə
25. “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri – Anar Xəlilov
26. “Türküstan” Meda Qrupunun rəhbəri – Aqil Camal
27. Vəkillər Kollegiyasının üzvü, "A.İ.M" Vəkil Bürosunun vəkili – İsmayıl İsmayılov
28. Vətəndaş Hüquqları İnstitutunun üzvü – Samir Kazımlı
29. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri – İradə Rizazadə
30. “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri – Nurəddin Mehdiyev