"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1266
Argentina İslam Mərkəzinin əməkdaşları məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşlar.
Mətbuat xidmətinin məlumatı 14 Oktyabr, 2011
Azərbaycanda səfərdə olan Argentina İslam Mərkəzinin prezidenti Samir Saleh və Mərkəzin vitse-prezidenti Julio Made oktyabrın 13-də məcburi köçkünlərlə görüşmüşdür. Qonaqlar əvvəlcə Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olmuşdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonaqlara məlumat vermişdir ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalmış, tarixi torpaqlarına təcavüz edilmişdir. Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub Azərbaycana pənah gətirmiş, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşmışlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 min soydaşımızı itirmişik, 50 min nəfər əlil olub, 100 min nəfərdən artıq adam müxtəlif bədən xəsarəti alıb. Azərbaycana 60 milyard dollar ziyan dəyib. Məcburi köçkünlər Bakıda 1043 obyektdə, o cümlədən 262 belə yataqxanada yığcam məskunlaşmışlar. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş əlavələr, “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 21 fevral tarixli Sərəncam uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 20 min ailə, yəni 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Qonaqlar buradan Binəqədinin 7-ci mikrorayonunda, 2 nömrəli evtikmə kombinatının ərazisində salınmış məhəlləyə gəlmişlər. Gəray Fərhadov məlumat vermişdir ki, burada hər biri 9 mərtəbədən ibarət 6 binada 369 ailə müvəqqəti məskunlaşmışdır. Ərazidə hər cür infrastruktur yaradılmışdır. Məhəllənin sakinləri doğma yurdlarına qayıdandan sonra bu binalar dövlət fondunda qalacaqdır. Bakıda təxminən 2 min ailə bu şəraitdə yaşayır. 2015-ci ilə qədər məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil-məişət problemi həll ediləcəkdir.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb