"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1584
Dövlət Komitəsinin əməkdaşlarına medal təqdim olunub
Mətbuat xidmətinin məlumatı 03 Sentyabr, 2020

Müstəqil Azərbaycanda çevik və səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezident cənab İlham Əliyev bu sistemin daha da təkmilləşdirilməsi, ölkəmizin davamlı inkişafının təmin edilməsi məqsədilə genişmiyqaslı islahatlar həyata keçirir.

 

Bu fikirlər sentyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsində bir qrup əməkdaşa “Dövlət qulluğunda fərqlənməyə görə” medalının və müvafiq vəsiqənin təqdim olunması zamanı səsləndirilib.

 

Prezident İlham Əliyevin 23 iyun 2020-cu il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə həmin medalla təltif edilən şəxslər arasında Dövlət Komitəsinin dörd əməkdaşı da vardır. Bunlar Dövlət Komitəsinin Miqrasiya, məşğulluq və status şöbəsi müdirinin müavini Hüseynov Xəyyam Sabir oğlu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların qəbulu, ərizə və şikayətlərlə iş sektorunun müdiri Məhərrəmova Şəfa Fikrət qızı, Maliyyə şöbəsinin maliyyə sektorunun müdiri Sadıqov Elmir Kərəm oğlu, Mənzil İstismar Departamentinin Mühasibat uçotu və hesabatı sektorunun müdiri Abbasov Fariz Yaqub oğludur.

 

Dövlət Komitəsinin sədri “Dövlət qulluğunda fərqlənməyə görə” medalını və onun vəsiqəsini təltif olunan əməkdaşlara təqdim edib, hər birinə xidməti fəaliyyətdə və şəxsi həyatda uğurlar arzulayıb.

 

Dövlət qulluğunda fərqlənən əməkdaşlar onların fəaliyyətini qiymətləndirdiyinə görə ölkə rəhbərinə minnətdarlıq bildirib, göstərilən etimadı daim doğruldacaqlarına söz veriblər.

21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb