"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1314
Ağdam rayonundan məcburi köçkün Ağalar Quliyevin müraciəti ilə bağlı mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı 21 Avqust, 2020

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti Kürdəmir şəhərində müvəqqəti məskunlaşmış, Ağdam rayonundan məcburi köçkün Quliyev Ağalar Xanlar oğlunun müraciəti əsasında hazırlanıb, avqustun 21-də yayımlanan videoyazı ilə əlaqədar aşağıdakıları bildirir.

 

Kürdəmir rayonu ərazisində  məcburi köçkünlər üçün salınmış 563 mənzilli yeni yaşayış məhəlləsi 2019-cu il dekabrın 28-də istifadəyə verilib.  Rayonun ərazisində müvəqqəti məskunlaşmış və yeni yaşayış sahəsinə köçürülməsi mövcud qaydalara uyğun gələn bütün məcburi köçkün ailələrinə həmin məhəllədə yeni mənzil verilib.

 

Ağdam rayonundan məcburi köçkün Quliyev Ağalar Xanlar oğlu da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq,  beş nəfərdən ibarət ailə üzvü (anası, həyat yoldaşı, bir oğlu və bir qızı) ilə birlikdə həmin məhəllədə 3 otaqlı təmirli mənzillə təmin edilib. 2020-ci il fevralın 20-də Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitəsilə ailə peşə liseyinin yataqxanasından yeni mənzilə köçürülüb.

 

Təəssüf ki, bundan sonra Quliyev Ağalar Xanlar oğlu, heç bir qanuni əsas olmadan, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan əlavə mənzil əldə etmək istəyi ilə müxtəlif instansiyalara müraciət etməyə başlayıb. Tələbinin mövcud qaydalara zidd olduğu ona Dövlət Komitəsində dəfələrlə izah edilib,  minlərlə məcburi köçkün ailəsinin hələ də ağır şəraitdə yaşadığı və mənzil gözlədiyi bildirilib.

 

Tələbinin əsassız olduğunu Quliyev Ağalar Xanlar oğlunun qəbul etmək istəməməsini onun fiziki-psixoloji vəziyyəti ilə əlaqələndirmək mümkündürsə də, videoçəkilişi aparan və onu sorğu-suala tutaraq Dövlət Komitəsinin rəhbərləri, məsul əməkdaşları haqqında şər-böhtan xarakterli fikirlər söyləməyə təhrik edən şəxsin davranışı heç bir etik çərçivəyə sığmır. Həmin vətəndaş zəruri araşdırma aparmadan, faktları dəqiqləşdirmədən yalnız “şikayətçi”nin söylədiklərini ictimailəşdirmək və bununla da dövlət orqanını, onun vəzifəli şəxslərini gözdən salmaq cəhdinin hüquqi məsuliyyət yaratdığını unutmamalıdır.

 

Özünü media nümayəndəsi kimi təqdim edən bəzi şəxslər KİV, eyni zamanda informasiya əldə etmək haqqında qanunların tələblərinə riayət etmir, bəzən qərəzli, qeyri-obyektiv məlumat yayır. Ümidvarıq ki, əsasən sosial şəbəkə üzərindən fəaliyyət göstərən media nümayəndələri yuxarıda qeyd edilənləri nəzərə alacaq, ictimaiyyətə yoxlanılmamış faktların təqdim edilməsi hallarına bundan sonra imkan yaratmayacaqdır.

02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib