"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1569
Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı 15 İyul, 2020

Sosial şəbəkələr üzərindən fəaliyyət göstərən bəzi KİV-lər məcburi köçkünlərin Dövlət Komitəsi əleyhinə şikayətlərini işıqlandırıb. Bakının Yasamal rayonunda Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış bəzi məcburi köçkünlər onlara yeni yaşayış sahəsi verilmədiyini bildirib.

 

Nəzərinizə çatdırırıq ki, məcburi köçkünlərə yeni mənzillər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən tənzimlənir.

 

İyunun 12-də yataqxanalarda aparılan videoçəkilişdəki şikayətçilərdən Füzuli rayonundan məcburi köçkün Məmmədova Zeynəb İldırım qızı oğlunun ailəsi ilə birlikdə “Qobu Park-3” yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunub. Ailə üzvlərinin sayı 5 nəfərdir. Zeynəb Məmmədova oğlunun ailəsi ilə bir mənzildə yaşamaq istəmir, özünə ayrı mənzil tələb edir.

 

Digər şikayətçi - Ağdam rayonundan məcburi köçkün Səfərova Münəvvər Paşa qızı həmin rayonun Ayaq Qərvənd qəsəbəsində 3 otaqlı evlə təmin olunub. Hazırda da həmin evdə qeydiyyatdadır. Bakıda əlavə evlə təmin olunmaq istəyir.

 

Şikayətçi - Füzuli rayonundan məcburi köçkün Şükürova Gülnur Nüsrət və onun həyat yoldaşı Hüseynov Təbriz Hüsən oğlu – əvvəllər ayrı-ayrılıqda valideynləri ilə birgə yaşayarkən daimi qeydiyyatda olduqları rayonun ərazisində ailə tərkibində yeni yaşayış sahəsi ilə təmin olunublar. Bakıda əlavə evlə təmin olunmaq istəyir.

 

Şikayətçi Hüseynova Nargilə Mürsəl qızı ailəli olub, bir müddət öncə boşanıb. O özü və keçmiş həyat yoldaşı əvvəllər ayrı-ayrılıqda valideynləri ilə birgə yaşayarkən daimi qeydiyyatda olduqları rayonun ərazisində ailə tərkibində yeni yaşayış sahəsi ilə təmin olunublar. Hüseynova Nargilə boşandıqdan sonra valideynlərinin olduğu yerə - Füzuli rayonunun “Zobucuq-4” qəsəbəsində qeydiyyata düşüb.

 

Şikayətçi Füzuli rayonundan məcburi köçkün Əliyeva Müşkinaz Mirzə qızı 5 nəfər ailə üzvü ilə birlikdə 3 otaqlı mənzillə təmin olunub. Lakin özü üçün ayrıca mənzil tələb edir.

 

Şikayətçi Füzuli rayonundan məcburi köçkün Xudiyeva Elmira 6 nəfər ailə üzvü ilə birlikdə 4 otaqlı mənzillə təmin olunub. Onun da istəyi ayrıca mənzil almaqdır.

Füzuli rayonundan məcburi köçkün Bayramov Vəliməmməd Rza oğluna, onun həyat yoldaşı və qızı ilə birlikdə əvvəllər valideynlərinin ailə tərkibində yeni yaşayış sahəsi verilib. Bakıda əlavə evlə təmin olunmaq istəyir.

 

Əsgərova Lətifə Əsgər qızının məcburi köçkün statusu yoxdur. O, çəkiliş zamanı iddia edir ki, Dövlət Komitəsinə dəfələrlə ərizə ilə müraciət edib.   Lakin komitədə aparılmış araşdırma zamanı müəyyən olunub ki, bu iddialar əsassızdır.

 

Yuxarıda adları göstərilən şəxslər “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2.-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir.

 

Bildiririk ki, sözügedən ərazidə müvəqqəti məskunlaşmış və köçürülməsi ilə bağlı müəyyən problemlərlə qarşılaşan ailələrə yeni yaşayış sahəsi ilə təmin olunmamalarının səbəbi  fərdi qaydada izah edilir. Eyni zamanda Dövlət Komitəsinin aparatın rəhbəri, köçürülmə komissiyasının sədri Eldar Zeynalov hər gün saat 10:00-dan 17:00-dək videoqəbul keçirərək, məcburi köçkünlərin müraciətlərini cavablandırır.

 

Dövlət qayğısı sayəsində ildən-ilə mənzil-məişət şəraiti yaxşılaşdırılan məcburi köçkünlərin sayı artır. Bu il 7 mindən çox köçkün ailəsinə yeni yaşayış sahəsinin verilməsi nəzərdə tutulub. Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Planı – Yol xəritəsinə uyğun olaraq 2020-2024-cü ildə həyat üçün təhlükəli vəziyyətdə yaşayan 23 850 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunacaq.

 

Qeyd edək ki, “Qobu park 3” yaşayış kompleksinə hazırda 1000 nəfərdən çox məcburi köçkün ailəsi köçürülüb və bu proses yekunlaşmaq üzrədir.

 

Bir daha internet-media təmsilçilərinə müraciət edərək vətəndaşların müraciətlərinə subyektiv yanaşmamağı, qərəzsiz və obyektiv araşdırma aparmadan məlumatları dərc etməməyi tövsiyə edirik. Dövlət Komitəsinin mətbuat xidməti KİV nümayəndələrinə açıqdır və hər zaman suallarını cavablandırmağa hazırdır.

04 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bir qrup tələbənin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib
03 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Amerikada böyümüş Ceyhun Qarabağlı Cəbrayılda: “Bura mənim evimdir”
01 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Mina təhlükəsinə qarşı maariflənmə həyat qurtarır
30 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi tərəfindən musiqili fləşmob keçirilib
30 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
27 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
27 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı 27 Sentyabr - Anım Gününə həsr olunan fləşmob keçirilib
26 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Mehriban Ələkbərzadə: "Qarabağ bizim onurğa sütunumuzdur"
26 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
25 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış Xocalıya yeni nəfəs gətirir
24 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşada 32 il sonra ilk dərs
19 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Suqovuşana və Talışa rəssamların ilk dəfə infoturu təşkil olunub
16 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər
12 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Şuşa şəhərinə növbəti infotur təşkil edib
11 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
11 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
10 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib”
07 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
07 Sentyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb