"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2293
Rövşən Rzayev : “İstənilən vəziyyətdə ədalətli və düzgün qərar qəbul etmək bacarığı çox vacibdir”
Mətbuat xidmətinin məlumatı 06 İyul, 2020

“Yüksəliş” müsabiqəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi istiqamətində işini davam etdirir. Hazırda əyani mərhələnin videomüsahibə turunu uğurla keçmiş 940 iştirakçının hər biri növbəti mərhələlər üçün potensial namizəd sayılır. Təbii ki, qalib olmaq istəyən iştirakçı müsabiqənin İşçi Qrupu tərəfindən müəyyənləşdirilimiş kompetensiyalara malik olmaldır. Çünki bu bacarıqlar qaliblərə həm də müsabiqədə yer alan idarəçi rəhbərlərlə birbaşa işləmək şansı yaradır.

 

Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) bir araya gəlib. Bu dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Rövşən Rzayev uğurlu idarəçiliklə bağlı tövsiyələrini bölüşüb.

 

- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz?

 

- Uğurlu idarəçi ilk növbədə vətənpərvər, xalqına və dövlətinə sədaqətli olmalıdır. Hər bir məsələdə dəqiq vətəndaş mövqeyinə malik olmalı, onu nümayiş etdirməyi bacarmalıdır. Savadlı, bilikli, dünyagörüşlü olmaq əsas şərtlərdənbiridir. Qarşıya qoyulan məqsədi aydın dərk etməli və onları çatdırmaq yollarını tapmalıdır. Hər kəslə açıq, səmimi münasibət qurmaq bacarığına malik olmalıdır. İstənilən vəziyyətdə ədalətli və düzgün qərar qəbul etmək bacarığı çox vacibdir. Ətrafına bacarıqlı, istedadlı, bilikli, müasir düşüncəli insanlar toplamağı bacarmalıdır. 

 

-  Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

 

Müasir bilikləri, texnologiyanı öyrənsinlər. Bunlardan vətənə, xalqa, dövlətinə fayda vermək üçün uğurla istifadə etsinlər. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini dərindən mənimsəməlidirlər. Müstəqilliyimizin, azadlığımızın dəyərlərini bilməkdən ötrü hər zaman çalışmalıdırlar. Azərbaycan təbiətinə, tarixinə dərindən bələd olmalıdırlar.

 

- “Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

 

Bu müsabiqənin özü bir uğurdur. Gələcəkdə uğur qazanmaq üçün böyük bir şansdır. Müsabiqədə iştirakçılara yeni ideyalar verməyi, onları həyata keçirmək yollarını tapmağı arzu edirəm. İddialı olsunlar, uğurlu gələcək qurmaq üçün bir-birinə kömək etməyə çalışsınlar. Onların arasında yəqin ki, qaçqın və məcburi köçkün iştirakçılarımız da var. Hər bir iştirakçıya uğur diləyirəm! Arzu edirəm ki,  bu uğurdan həyatlarında istifadə edə bilsinlər! 

 

14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb