"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 130
Əsrarəngiz gözəlliklər diyarı Laçın
Mətbuat xidmətinin məlumatı 18 MAY, 2020

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 267 nəfər öldürülüb, 66 nəfər girov götürülüb.

 

Erməni quldurlar rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə obyektini, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və çoxlu sayda müxtəlif təyinatlı istehsal müəssisəsini, 13 min 745 yaşayış evini talan və məhv ediblər. Dünya əhəmiyyətli 54, yerli əhəmiyyətli 200-dən çox tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət edilib.

 

Laçın zəngin təbii sərvətləri və əsrarəngiz gözəlliyi olan bir yerdir. 1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi.

 

Laçın rayonunda yerləşən tarixi, mədəniyyət və memarlıq abidələri, o cümlədən Ağoğlan məbədi (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər erməni vəhşiliyinin qurbanına çevrilib. Rayondakı tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb. Laçının 74 min nəfərdən çox sakini isə 28 ildir ki, respublikanın 59 şəhər və rayonunda məcburi köçkün həyatı yaşayır.

 

Rayonunun icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. 13 min nəfərdən çox laçınlı məcburi köçkünün məskunlaşdığı bu ərazidə geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Ötən ilin sonunda Taxtakörpüdə Vağazin, Qarakeçdi və Şeylanlı obalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 645 ailəlik üç qəsəbə istifadəyə verilib.

 

Bütün bunlara baxmayaraq, laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır.

 

Əli silah tutan hər bir laçınlı torpaqlarımızın işğalçılardan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazırdır.

28 MAY, 2020 / Mətbuat xidmətinin məlumatı President Ilham Aliyev inaugurated Gobu Park-3 residential complex for IDPs
27 April, 2020 / Mətbuat xidmətinin məlumatı The State Committee and the KOICA agreed to cooperate in order to mitigate the impact of COVID-19 to the IDPs
24 April, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev viewed construction progress at blocks of residential buildings for 3,042 IDP families
02 April, 2020 / Mətbuat xidmətinin məlumatı April battles are our glorious military victory
02 April, 2020 / Mətbuat xidmətinin məlumatı It has been 27 years since the occupation of Kalbajar by Armenia
31 March, 2020 / Mətbuat xidmətinin məlumatı March 31 is the Day of Genocide of Azerbaijani people
16 March, 2020 / Mətbuat xidmətinin məlumatı Press service information
26 February, 2020 / Mətbuat xidmətinin məlumatı Chairman of the State Committee: “IDPs with severe social conditions will be provided with apartments in the first place”
18 February, 2020 / Mətbuat xidmətinin məlumatı Information by the press service
04 February, 2020 / Mətbuat xidmətinin məlumatı Eldar Zeynalov: “Roadmap for relocation of IDPs from damaged buildings was made”
04 February, 2020 / Mətbuat xidmətinin məlumatı Information by the press service
10 January, 2020 / Mətbuat xidmətinin məlumatı Information by press service
13 December, 2019 / Mətbuat xidmətinin məlumatı Restoration of Azerbaijan`s territorial integrity is an important task facing our state
12 December, 2019 / Mətbuat xidmətinin məlumatı Staff of the State Committee visited the grave of National Leader Heydar Aliyev
10 December, 2019 / Mətbuat xidmətinin məlumatı What facilities people were relocated to the residential complex “Gobu Park-2”
29 November, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün qəsəbələrində mənzil-kommunal təsərrüfatının normal vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirilir
27 November, 2019 / Mətbuat xidmətinin məlumatı The only solution of IDP problem is to provide their right to return
15 November, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin uçot və qeydiyyatında şəffaflıq təmin edilir
12 November, 2019 / Mətbuat xidmətinin məlumatı Information by press service
10 October, 2019 / Mətbuat xidmətinin məlumatı State Committee Chairman answers reporters’ questions