"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib
Mətbuat xidmətinin məlumatı 05 İyul, 2019

İyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Pirallahı rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi dövlətimizin başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən yaradılıb. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni yaşayış məhəlləsinin ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.


Mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.


Bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də vurğulamaq lazımdır. Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub. Qeyd edək ki, 2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonunadək 58 min 223 ailə və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. 2019-cu ilin birinci rübündə isə 2.227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub.


Sonra Laçın rayonu Bozlu tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, bu təhsil ocağı 220 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.


Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir.


Məktəbin idman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var.


Sonra dövlətimizin başçısı və birinci xanım məcburi köçkünlərlə görüşdülər.


Sonda xatirə şəkli çəkdirildi.

 

11 Sentyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
08 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Pirallahı rayonunda məcburi köçkünlər üçün püşkatma keçirilib
25 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb
22 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
12 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
11 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı
08 May, 2019 / Mətbuat xidmətinin məlumatı Sosial-iqtisadi tərəqqi Azərbaycanı mühüm beynəlxalq və regional layihələrin təşəbbüskarına və yeni donor ölkəsinə çevirib
06 May, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
10 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
05 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
01 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
27 Mart, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
06 Mart, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
27 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Sumqayıtda növbəti püşkatma keçirilib
26 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinətin məbləği 50 faiz artırıldı
22 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
20 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
19 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verildi
07 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün ailələrinə yeni mənzillər verilir
04 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsinə başlanılıb