"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı 20 Fevral, 2019
Bu gün səhər Bakı şəhərinin Sabunçu rayonunda, Zabrat qəsəbəsi ərazisində beş məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı birmərtəbəli tikilidə yanğın baş verib. Yanğın barədə məlumat alandan dərhal sonra Dövlət Komitəsinin məsul əməkdaşları hadisə yerində olublar. Yanğın nəticəsində müvəqqəti məskunlaşma yerləri yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar. Hazırda yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırılır. Yanğının tikilidəki boş otaqlardan birində başlanması müəyyən şübhələrə əsas verir. Yalnız obyektiv araşdırmadan sonra, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında hadisəyə hüquqi qiymət veriləcəkdir. FHN-nin məlumatına görə, ümumi sahəsi 1140 kvadratmetr olan, arakəsmələri taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 670 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Dövlət Komitəsi yanğından zərər çəkən ailələrə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Ümid” qəsəbəsində yeni mənzillər təklif edəcək.
08 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Pirallahı rayonunda məcburi köçkünlər üçün püşkatma keçirilib
05 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib
25 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb
22 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
12 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
11 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı
08 May, 2019 / Mətbuat xidmətinin məlumatı Sosial-iqtisadi tərəqqi Azərbaycanı mühüm beynəlxalq və regional layihələrin təşəbbüskarına və yeni donor ölkəsinə çevirib
06 May, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
10 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
05 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
01 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
27 Mart, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
06 Mart, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
27 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Sumqayıtda növbəti püşkatma keçirilib
26 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinətin məbləği 50 faiz artırıldı
22 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
19 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verildi
07 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün ailələrinə yeni mənzillər verilir
04 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsinə başlanılıb
29 Yanvar, 2019 / Mətbuat xidmətinin məlumatı Ümid qəsəbəsi yeni sakinlərini qarşılayır