"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1121
Məcburi köçkün şagirdlərə məktəbli geyimləri verilib
Mətbuat xidmətinin məlumatı 22 Sentyabr, 2022

Təhsilin inkişafına, eyni zamanda məcburi köçkün ailələrinə diqqət və qayğı dövlət siyasətinin mühüm strateji istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasəti Prezident İlham Əliyev ardıcıl şəkildə davam etdirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan həmvətənlərimizə həssas münasibəti onlarda dərin minnətdarlıq hissi doğurur.

 

Hər il olduğu kimi, yeni dərs ili ərəfəsində də aztəminatlı məcburi köçkün ailələrdə ibtidai sinif şagirdlərinin məktəbli forması ilə təchiz olunması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılıb. Belə ki, Komitənin Təchizat və İstehsalat İdarəsi tərəfindən bu tədris ilində də respublikamızın müxtəlif regionlarında, rayon mərkəzlərindən kənarda yerləşən kəndlərdə yaşayan məcburi köçkün məktəbliləri üçün müəyyən yaş qrupları üzrə məktəbli formaları göndərilib, eləcə də komitəyə fərdi qaydada ərizə ilə müraciət edən məcburi köçkün övladlarına məktəbli geyim formalarının verilməsi təmin edilib. 

 

Məktəbli geyim formaları komitənin tabeliyindəki Təchizat və İstehsalat İdarəsinin Bakı şəhərində və respublikamızın müxtəlif regionlarında yerləşən, məcburi köçkünlərdən ibarət tikiş-toxuculuq sexlərində istehsal olunub.

 

Komitə sədrinin müvafiq əmri əsasında, 2022-2023-cü tədris ili ilə əlaqədar olaraq Ağdam rayonuna 800 məktəbli dəsti (400 oğlan, 400 qız), Xocavənd rayonuna 400 məktəbli dəsti (200 oğlan, 200 qız), Şuşa rayonuna  500 məktəbli dəsti (250 oğlan, 250 qız), Kəlbəcər rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Füzuli rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Cəbrayıl rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Qubadlı rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Zəngilan rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Xocalı rayonuna 400 məktəbli dəsti (200 oğlan, 200 qız), Laçın rayo­nuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Bərdə rayonuna 400 məktəbli dəsti (200 oğlan, 200 qız), 100 gödəkçə olmaq­la ümumilikdə 500 dəst, Gəncə, Samux, Göygöl, Daşkəsən rayonları üzrə 400 məktəbli dəsti (200 oğlan, 200 qız), «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinə 100 məktəbli dəsti (50 oğlan, 50 qız), «Erməni təcavüzünün tanıdılması» İctimai Birliyinə 40 məktəbli dəsti (20 oğlan, 20 qız), 20 gödəkçə olmaqla ümumilikdə 60 dəst təqdim edilib. Məktəbli geyim formaları aztəminatlı məcburi köçkün ailələrin övladlarına humanitar yardım olaraq pulsuz verilir.

30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı