"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1184
Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin Azərbaycanda tətbiqinə dair müzakirələr aparılır
Mətbuat xidmətinin məlumatı 22 Sentyabr, 2011
Sentyabrın 21-də Bakıda BMT-nin Dünya Ərzaq Proqramının (DƏP) təşkilatçılığı ilə “Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin (ƏTMS) təqdimatı və tətbiqi” mövzusunda ikigünlük seminar öz işinə başlamışdır. Seminarın açılışında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura, DƏP-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Fuad Hüseynov mövzunun əhəmiyyətindən və vacibliyindən danışmışlar. Cənab Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycanda məcburi köçkünlər də daxil olmaqla əhalinin aztəminatlı təbəqələrinin ərzaq təhlükəsizliyi və sosial təminat sistemlərinin vəziyyətinin qiymətləndirilməsi, DƏP-in ölkədəki gələcək rolu və fəaliyyəti ilə bağlı iki missiya cari ilin əvvəllərində Azərbaycanda səfərdə olmuş, məsləhətləşmələr aparmışlar. Missiyaların rəyinə görə, artıq dünyanın 30-dan çox ölkəsində təcrübədən keçmiş və öz yüksək səmərəliyini nümayiş etdirmiş ƏTMS-in Azərbaycanda da tərtib və tətbiq olunması, DƏP-in qlobal şəbəkəsinə qoşulması tövsiyə edilmişdir. Bu mexanizm vasitəsilə müxtəlif kontekstdə ərzaq təhlükəsizliyinin vəziyyətini müntəzəm surətdə təhlil edərək bu sahədə ehtimal oluna biləcək problemlərin əvvəlcədən, vaxtında qarşısını almaq mümkündür. Baş nazirin müavini Dağlıq Qarabağ probleminə də toxunmuş, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırlatmış, Ermənistanın hələ də öz işğalçılıq siyasətindən əl çəkmədiyini və mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymadığını təəssüf hissi ilə qeyd etmişdir. Seminarda Ərzaq Təhlükəsizliyi Monitorinq Sisteminin ətraflı təqdimatı, digər ölkələrdə bu sahədə qazanılmış təcrübənin öyrənilməsi və nəzərdən keçirilməsi, sistemin Azərbaycanda da mümkün tətbiqinə dair müxtəlif hökumət qurumlarını təmsil edən nümayəndələrlə fikir mübadiləsi aparılır. Seminarda mövzu ilə bağlı təqdimatlar olmuş, müzakirələr aparılmış, təklif və tövsiyələr səsləndirilmişdir. Tədbirdə DƏP-in ekspertləri, aidiyyəti nazirliklər və dövlət komitələrinin nümayəndələri iştirak edirlər.
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib