"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 784
Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub
Tədbirlər 18 JULY, 2025

İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində keçmiş məcburi köçkünlərin daimi məskunlaşdırılmasına başlanmasının 3-cü ildönümü tamam olub. Bu münasibətlə Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki  Zəngilan Mədəniyyət Evində təntənəli yığıncaq keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri və 100-dən çox keçmiş məcburi köçkün iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Böyük Qayıdışa dair foto-sərgiyə baxış keçirilib.

Yığıncaqda Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın rifahı naminə gördüyü işlərdən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən danışıb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və sərkərdəlik qüdrəti, şanlı Ordumuzun rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu vurğulayıb və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Ağalı kəndindən başlanmasının zəngilanlılar üçün qürurverici hadisə olduğunu bildirib. “Ağıllı kənd” konsepsiyası ilə salınmış bu yaşayış məntəqəsində ağalılar üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradıldığı, doğma yurda qayıtmış insanların ötən üç ildə bu şəraitə uyğunlaşdıqları, kəndin sosial-iqtisadi inkişafında fəal iştirak etdikləri qeyd olunub. Zəngilanın məcburi köçkün sakinlərinin hamısının ata-baba yurduna dönüşü səbrsizliklə gözlədikləri diqqətə çatdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsisinin sədr müavini Fuad Hüseynov Böyük Qayıdışın xalqımız öz torpağına bağlılığını nümayiş etdirdiyini, mühüm tarixi-siyasi əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün uzunmüddətli tədbirlər həyata keçirildiyi, Böyük Zəfərdən sonra isə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı, Böyük Qayıdışın başlandığı və uğurla davam etdiyi xatırladılıb. Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların həllinə təsirli dəstək göstərir.

Ağalıları və bütün zəngilanlıları Dövlət Komitəsinin rəhbərliyi adından təbrik edən Fuad Hüseynov ötən üç ildə qazanılan təcrübənin Böyük Qayıdışın daha səmərəli aparılmasında, keçmiş məcburi köçkünlərin arzu və istəklərinə uyğun həyata keçirilməsində mühüm rol oynadığını bildirib.   

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov tədbirdəki çıxışında Ağalı kəndinin sosial-iqtisadi inkişafı üçün lazımi imkanların olduğunu, məcburi köçkünlüyün ağrı-acılarını yaşamış sakinlərin onlar üçün yaradılan şəraitdən istifadə edib, böyük həvəslə yeni həyata başladıqlarını vurğulayıb. Qeyd edilib ki, kənd sakinlərinin əksəriyyətinin məşğulluğu təmin edilib, həyətyanı sahədə əkin-biçin işləri görür, ev quşları saxlayırlar. Diqqətə çatdırılıb ki, təsdiq edilmiş Baş plana əsasən, Zəngilan rayonunda abadlıq-quruculuq işləri davam etdirilir, sakinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.   

ANAMA-nın əməkdaşı Ceyhun Quliyev mina və partlamamış hərbi sursatların növləri, xarakteri, minalanmış və minalardan təmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciət qaydaları ilə bağlı ətraflı məlumat verib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Fatimə Cəfərova təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. Hazırda Agentlik tərəfindən 42 ixtisas üzrə peşə təlimlərinin verildiyi, məcburi köçkünlərin də bu təlimlərə cəlb olunduğu qeyd edilib. Bildirilib ki, peşə bacarıqlarını artırmaq istəyən şəxslər Agentliyə müraciət edə bilərlər.

Ağalı kəndinə ilk köçürülənlərdən olan tanınmış ictimai fəal-bloger Çiçək Gəraylının çıxışını da yığıncaq iştirakçıları maraqla dinləyiblər. O, doğma yurdda yeni həyatını necə qurduğu barədə söhbət açıb, yaradılan şəraitdən məmnunluğunu bildirib, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq və abadlıq işlərinin orada yaşayan hər kəsdə böyük sevinc və qürur hissi doğurduğunu qeyd edib. Çiçək Gəraylıya işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın sosial mediada təbliğat-təşviqatına verdiyi müsbət töhfəyə görə Dövlət Komitəsinin sədri adından təşəkkürnamə təqdim edilib.

Məcburi köçkün Mahirə Quliyeva isə Böyük Qayıdışla bağlı bütün yenilikləri diqqətlə izlədiklərini, dövlətimizin bu sahədə gördüyü işləri ürəkdən bəyəndiyini və doğma yurda geri dönəcəkləri günü səbrsizliklə gözlədiklərini bildirib.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər, mina təmizləmə prosesi, infrastruktur layihələrinin icrası və gələcək planlar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, təkcə Ağalı kəndi deyil, bütövlükdə Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında yenidənqurma işləri sürətlə davam etdirilir və yaxın illərdə daha çox ailənin öz doğma yurduna qayıtması nəzərdə tutulur.

Ağalı kəndinin yığıncaqda iştirak edən sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər, qayıdış prosesinin onların həyatında yaratdığı müsbət dəyişikliklərdən danışıblar.

Tədbir iştirakçılarını maraqlandıran suallar Dövlət Komitəsinin aidiyyəti şöbələrinin rəhbər şəxsləri, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən cavablandırılıb.

Sonda Zəngilan rayonuna qayıdış, sosial müdafiə tədbirləri və mina təhlükəsinə qarşı maarifləndirməyə dair video çarxlar nümayiş olunub.

 

04 March, 2026 / Tədbirlər Residents of the cities of Khojaly and Khojavand, as well as the villages of Khojavand, Seyidbeyli, and Horovlu, have been informed about social protection measures and mine safety.
26 February, 2026 / Tədbirlər A commemorative event marking the 34th anniversary of the Khojaly genocide was held at the State Committee
26 February, 2026 / Tədbirlər State Committee’s staff visited the Khojaly Genocide Memorial
26 January, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 December, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 December, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 December, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 December, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 November, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 November, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 November, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 November, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 November, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 November, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 November, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 November, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib