XƏBƏRLƏR
Çap et
1723
Məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kəhrizlərin bərpası layihəsinin icrasına başlanılır
Mətbuat xidmətinin məlumatı
30 Oktyabr, 2018

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi ənənəvi və dayanıqlı su sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailənin təhlükəsiz və davamlı su təminatını reallaşdırmaqdır. Dörd ili əhatə edəcək layihə kəhrizlərin bərpası ilə məhdudlaşmayacaq, eyni zamanda, kəhrizlərin bərpası ilə əlaqədar baş planın hazırlanmasında Azərbaycan hökümətinə dəstək verəcək, yerlərdə kəhriz mühəndisləri və kənkanların iş imkanlarını artıracaq, məcburi köçkünlərin, xüsusilə qadınların kiçik sahibkarlıq fəaliyyətinə dəstək verəcək.
Layihənin açılış mərasimində iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov məcburi köçkünlərə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qayğısından danışıb. Qeyd edilib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu vəzifəyə təyinatından sonra bu sahədə olan fəaliyyət daha geniş vüsət alıb. Ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığın icrası daim nəzarətdə saxlanılır.
Sədr müavini qeyd edib ki, beynəlxalq humanitar təşkilatlar tərəfindən məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələr, onlar üçün maddi dəyərindən asılı olmayaraq, çox böyük mənəvi-psixoloji dəstəkdir. Layihənin həyata keçirilməsi məcburi köçkünlərin sosial rifahının yüksəlməsi, məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda beynəlxalq humanitar təşkilatlara həyata keçirilən layihələrə görə təşəkkür edilib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Serhan Aktoprak bildirib ki, kəhrizlərin bərpasının kəndlərdə yaşayan minlərlə ailə üçün faydalı olacaq, yeni iş imkanları açacaq.
“İqtisadi və sosial inkişaf insanlığın rifahına xidmət etməlidir,” - deyən KOICA Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Kumok Park qeyd edib ki, kəhriz layihəsi KOICA-nın 3P prinsipi (insanlar, rifah və sülh) ilə tam üst-üstə düşür və KOICA-nın bu layihəni BMqT ilə birgə çalışaraq dəstəkləyə bilməsindən məmnuniyyət duyur.
Bununla yanaşı, layihə Azərbaycanın qarşıdan gələn Miqrasiya üzrə Qlobal Kompakt və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) prinsiplərini həyata keçirmə səylərinə öz töhfəsini verəcəkdir. Bu prinsiplərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi, qadınların imkanlarının artırılması və qərarvermə proseslərində iştirakının təmin edilməsi, aid olduqları icmalarda liderlik rollarının artırılması, ətraf mühit dostu və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi daxildir.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb