XƏBƏRLƏR
Çap et
1788
Dövlətqaçqınkomun kollegiya iclasında ötən ilin yekunları müzakirə edilmişdir
Mətbuat xidmətinin məlumatı
07 Fevral, 2011
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri Ə.Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Ölkəmizin başçısı təkcə ötən ildə dörd dəfə müxtəlif bölgələrdə məcburi köçkünlərlə görüşmüş, onlar üçün salınmış qəsəbələrin açılışında iştirak etmişdir. Eyni zamanda ötən il qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər problemlərin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən 4 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti tərəfindən isə 14 sərəncam və qərar qəbul edilmişdir. Dövlətqaçqınkomun kollektivi öz fəaliyyətini məhz bu fərman və sərəncamlardan, qərarlardan, həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan və ona edilmiş Əlavələrdən irəli gələn vəzifələrə uyğun olraq bütün sahələrdə əməli dönüşə nail olmuşdur.
Əvvəlcə geniş tərkibdə keçirilən iclasda çıxış edən Ə. Həsənov ölkədə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması baxımından həyata keçirilən tədbirlər barədə danışaraq bildirmişdir ki, Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində şəffaflığın təmin edilməsini başlıca vəzifə kimi qarşıya qoyub. Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinspial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet məsələlərindən birini təşkil etdiyini bildirmişdir.
Ə. Həsənov iclasda iştirak edən bütün idarə və şöbələrin, tabe təşkilatların rəhbərlərinə süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yarada biləcək halların qarşısının alınması ilə bağlı konkret tapşırıqlar vermiş və qeyd etmişdir ki, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın icrası üzrə Dövlətqaçqınkomun 2011-ci il üçün təsdiq edilmiş Tədbirlər Planının icrası nəzarətdə saxlanılmalı, vətəndaşların qəbulu işi təkmilləşdirilməli, işçilərin peşəkarlığı artırılmalıdır.
Ötən il də kollektiv və məcburi köçkün soydaşlarımız üçün yaddaqalan il olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2010-cu il fevralın 27-də Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın, noyabrın 10-da Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binalardan ibarət məhəllənin, noyabrın 11-də Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün Quzanlı qəsəbəsinin yaxınlığında tikilmiş yeni qəsəbənin, Füzuli rayonunun Horadiz şəhərində tikilmiş yeni Olimpiya İdman Kompleksinin açılışı olmuş, məcburi köçkünlər yeni mənzillərə köçürülmüşdür. Həmçinin Bakı şəhərində obyektlərdən təcili köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi Abşeron rayonunun Ramana qəsəbəsində tikilmiş beşmərtəbəli yaşayış binasına köçürülmüşdür. Qəbələ rayonunun Zarağan kəndində müvəqqəti məskunlaşmış 40 məcburi köçkün ailəsinin də 40 mənzilli yeni binaya köçürülməsi təmin edilmişdir. Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün tikilən beşmərtəbəli yaşayış binalarının və 360 yerlik məktəbin tikintisi başa çatmışdır.
Kollegiya iclasında cari ildə görüləcək işlərin müzakirəsi zamanı qeyd edilmişdir ki, məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə qəsəbələrin hündürmərtəbəli binaların tikintisi davam etdiriləcəkdir. Belə ki, artıq İmişli, Ağcabədi rayonlarında, Mingəçevir, Şəki şəhərlərində qəsəbə salınması üçün torpaq sahələri ayrılmışdır. Balakən rayonu ərazisində məktəb binalarında, Ağdam rayonunun “Dördyol” adlanan ərazisində məskunlaşmış 932 məcburi köçkün ailəsi üçün bina və qəsəbələrin inşası üçün də torpaq sahələri ayrılmışdır. Həmçinin bu il Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarında, Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün evlərin tikilməsi nəzərdə tutulmuşdur.
İclasda qaçqın və məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması baxımından yeni iş yerlərinin yaradılması da diqqət mərkəzində olmuşdur. Hesabat dövründə 2360 nəfər məcburi köçkün daimi işlə, 4458 nəfər isə mövsümü işlə təmin olunmuşdur. Bundan əlavə 104 nəfərə işsiz statusu verilmiş, 123 nəfərə işsizlik müavinəti təyin edilmiş, 363 nəfər peşə hazırlığı kurslarına, 312 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Bunlarla yanaşı MKSİF tərəfindən 97 müxtəlif növ icma mikrolayihəsi başa çatdırılmışdır.
2010-cu il ərzində Komitəyə 35203 müraciət daxil olmuşdur ki, onlara vaxtında cavab verilmişdir. Sədrin qəbulunda 189 nəfər olmuşdur. Ümumilikdə isə rəhbərlik tərəfindən 998 nəfər vətəndaş qəbul edilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti, problemləri və bunların aradan qaldırılması istiqamətində Qaçqınkomun həyata keçirdiyi tədbirlər haqqında məlumat Komitənin internet saytında müntəzəm olaraq yerləşdirilmiş və ictimaiyyətin məlumatlandırılması təmin olunmuşdur. Ölkə Prezidentinin qaçqın və məcburi köçkünlərlə bağlı imzaladığı fərman və sərəncamların habelə Nazirlər Kabinetinin qəbul etdiyi qərarların ictimaiyyətə çatdırılması təmin edilmişdir.
Kollegiya iclasında müzakirə olunan məsələlərə münasibət bildirən Baş nazirin müavini – Dövlətqaçqınkomun sədri Əli Həsənov kollektivin ötən ildəki fəaliyyətini müsbət qiymətləndirmiş, qarşıda duran vəzifələrlə bağlı müvafiq idarə və şöbələrə konkret tapşırıq və tövsiyyələrini vermişdir.
Kollegiya iclasının yekununda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilmişdir.
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Zəngilan şəhərinə çatıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanları yola salınıb
12 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç olub
12 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
06 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
06 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər təbiətinin möcüzəsi – İstisu
04 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib









