XƏBƏRLƏR
Çap et
2149
Dövlət Komitəsinin sədr müavini ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə iştirak edib
Mətbuat xidmətinin məlumatı
20 Sentyabr, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bu il sentyabrın 18-19-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə növbəti İllik görüşündə iştirak edib.
Tədbir çərçivəsində humanitar məsələlər, o cümlədən insan alveri, qaçqın və məcburi köçkün problemləri üzrə təşkil olunmuş işçi sessiyalardakı çıxışlarında F.Hüseynov təcavüzkar Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinın ağır nəticələri barədə söhbət açıb. O, insan hüquqları kobud şəkildə pozulmuş bir milyondan çox azərbaycanlının 25 ildən artıqdır qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, humanitar fəlakətlə üzləşdiyini bildirərək qeyd edib ki, Azərbaycan dövləti bu şəxslərin sosial problemlərinin həlli istiqamətində ardıcıl iş aparır. 1993-cü ildən başlayaraq ölkə prezidenti tərəfindən 109 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 381 qərar və sərəncam verilib, Milli Məclis tərəfindən 34 qanun qəbul edilib. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar ötən 25 ildə 7 milyard ABŞ dolları vəsait xərclənib.
Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyini bir daha diqqətə çatdıran komitə sədrinin müavini münaqişənin ATƏT çərçivəsində beynəlxalq hüquq normaları, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə tənzimlənməsinə Azərbaycanın tərəfdar olduğunu bildirib. Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistanın qeyri-konstruktiv yol tutan yeni hakimiyyətinin özbaşınalığına son qoymaq üçün bu təşkilatın öz təsir imkanlarından istifadə etməsi vacibdir.
F.Hüseynov Azərbaycan hökuməti tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin təhlükəsiz şəkildə və ləyaqətlə öz doğma yurd-yuvalarına qaytarılmasını nəzərdə tutan bu proqram artıq Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində icra edilib.
ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə Fuad Hüseynov daha bir neçə məsələyə diqqəti yönəldib. Tövsiyə edilib ki, Lissabon Sammitinin qərarına, iştirakçı ölkələr və ATƏT təsisatları və institutlarının digər əlaqədar öhdəliklərinə uyğun olaraq etnik təmizləmə və kütləvi çıxarılma siyasəti qınanmalı, qaçqınların və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü asanlaşdırmaq istiqamətində öhdəliklərin praktiki tətbiqinə diqqət cəmləşdirilməlidir. Bundan əlavə, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra onların hüquqlarının qorunması ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinə inteqrasiya olunmalıdır. Qaçqınlar və məcburi köçkünlərlə bağlı ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirmək və Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinə müvafiq hesabat hazırlanması ilə bağlı tapşırıq vermək tövsiyə olunub.
Görüşdə özünü “Artsax Avropa Mərkəzi”nin nümayəndəsi kimi təqdim edən şəxsin çıxışına cavab olaraq diqqətə çatdırılıb ki, qondarma “Artsax”, yaxud “Dağlıq Qarabağ Respublikası” (“DQR”), Ermənistan da daxil olmaqla, BMT-nin heç bir üzv dövləti tərəfindən tanınmayıb. BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsində, hətta sədrinin çıxışında “DQR”in varlığı, əhalisi, muxtariyyət məsələsi ilə bağlı heç bir fikir səsləndirilməyib. Əksinə, Azərbaycana qarşı gücdən istifadə edildiyi, ərazi bütövlüyünün pozulduğu qınanılıb, onun suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edilib. Vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb