"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1671
Baş nazirin müavini – Dövlətqaçqınkomun sədri Əli Həsənov Belçikanın Sərhədsiz İnsan Hüquqları təşkilatının rəhbəri Villi Fautreni qəbul etmişdir.
Mətbuat xidmətinin məlumatı 31 Yanvar, 2011
Baş nazirin müavini – Dövlətqaçqınkomun sədri Əli Həsənov 2011-ci il 28 yanvar tarixdə Belçikanın Sərhədsiz İnsan Hüquqları təşkilatının rəhbəri cənab Villi Fautreni və təşkilatın əməkdaşı xanım Nadia Milanovanı qəbul etmişdir. Qonaqları səmimi salamlayan Baş nazirin müavini Ə.Həsənov Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqrımı ilə bağlı material toplamaq, həmin rayondan olan məcburi köçkünlərlə görüşmək, həqiqəti olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq istədiklərinə görə onlara təşəkkürünü bildirmişdir. Ə.Həsənov qonaqlara Xocalı soyqırımı haqqında məlumat verərək bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Artilleriya və ağır hərbi texnikadan güclü atəş açılmış, şəhər yerlə yeksan edilmişdir.Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv olublar.Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin, qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar.150 nəfərin taleyi hələ də məlum deyildir.Ə.Həsənov qeyd etmişdir ki, bu əsl soyqırımdır. Tarixdə görünməmiş bir soyqırım. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini , 130 uşaq isə valideyinlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır.Ermənilər hətta meyitləri də təhqir etmişlər. Qonaqlar isə öz növbələrində bildirmişlər ki, bu faciə ilə bağlı eşitdiklərini hər zaman dünya ictimaiyyətinin diqqətinə çatdıracaqlar. Sonda Ə.Həsənov Azərbaycan hökuməti adından qonaqlara öz təşəkkürünü bildirdi.
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Zəngilan şəhərinə çatıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanları yola salınıb
12 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç olub
12 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
06 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
06 May, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər təbiətinin möcüzəsi – İstisu
04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib