"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2236
Azərbaycanda qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində görülən işlər yüksək qiymətləndirilib
Mətbuat xidmətinin məlumatı 04 İyul, 2018
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri, Avropa İttifaqının bu məsələlərdə ədalətli mövqe tutmasının vacibliyi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didərgin düşmüş soydaşlarımızın problemləri barədə danışıb. Qeyd olunub ki, münaqişənin həlli üçün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün öz torpaqlarına qayıtmalıdır. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkün probleminin həlli istiqamətində mühüm addımlar atılır. Birinci vitse-prezident Mehriban Əliyeva bu problemlərin həllinə xüsusi diqqət yetirir. Çətin vəziyyətdə, qəzalı binalarda yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin edilir. Diqqətə çatdırılıb ki, respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər öz doğma yurdlarına qayıtmağı arzulayırlar. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi və dövlətimizin başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə bərpa olunması vaxtilə buradan didərgin düşmüş ailələrin sevincinə səbəb olub. Hazırda kənd sakinlərinin kəndə qayıdışı davam edir. Bərpa və yenidənqurma işləri, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycanın işğaldan azad ediləcək bütün ərazilərində aparılacaq. Səfir Kestutis Yankauskas mövcud olan sıx və səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanda qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunması məsələsinə toxunaraq dünyada belə bir nümunənin çox az olduğunu bildirib. Səfir Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini bundan sonra da əsirgəməyəcəyini deyib. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub