XƏBƏRLƏR
Çap et
2245
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib
Mətbuat xidmətinin məlumatı
31 Mart, 2018
Martın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə 31 mart soyqırımını əks etdirən fotosərgi və videosüjet nümayiş etdirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, QHT-lərin nümayəndələri, məcburi köçkünlər anım tədbirində iştirak ediblər.
Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov tədbirdə çıxış edərək faciənin tarixi barədə danışıb. O bildirib ki, silahlı erməni-bolşevik birləşmələrinin 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlılara qarşı törətdikləri qırğınlar kütləvi xarakter daşıyıb, erməni silahlı dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.
Diqqətə çatdırılıb ki, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımıdır.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli çıxışında deyib ki, bu soyqırımı zamanı ermənilər, eyni zamanda, tarixi abidələrimizi də vəhşicəsinə dağıdıblar. Ermənilərin xalqımıza qarşı düşmənçilik münasibətlərinin tarixi 200 il əvvələ gedib çıxır. 1905-ci ildə xalqımıza qarşı ermənilər tərəfindən ilk soyqırımı törədildi. Bundan sonra bu soyqırımları ardıcıl xarakter aldı. Xocalı, Qaradağlı faciələri və digər qətliamlar bu düşmənçilik siyasətinin davamı idi.
Vurğulanıb ki, mart soyqırımına ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi. Məhz onun imzaladığı Fərmanla hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun sədr müavini Firdovsi Kazımov xatırladıb ki, 1920-ci ildə Zəngəzur və bir sıra digər Azərbaycan torpaqları Ermənistan SSR-in ərazisi elan edildi. Sonrakı illərdə bu ərazilərdə yaşayan soydaşlarımızın deportasiyası siyasətini genişləndirmək üçün yeni vasitələrə əl atıldı. Bunun üçün ermənilər SSRİ Nazirlər Sovetinin qərarları əsasında 1947, 1948 və 1953-cü illərdə azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına dövlət səviyyəsində nail oldular.
F.Kazımov təmsil etdiyi qurumun hesablamalarına əsasən 1988-1994-cü illərdə Ermənistanın silahlı təcavüzü nəticəsində ölkəmizə 819 milyard dollardan çox həcmdə zərər dəydiyini deyib.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiə Qarayeva bildirib ki, ermənilərin bu soyqırımını törətməkdə əsas məqsədləri “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək idi. Bu soyqırımı təkcə Bakıda deyil, digər bölgələrimizdə də həyata keçirilirdi. Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin ən dəhşətlilərindən biri də Xocalı soyqırımıdır. Ermənilər işğal etdikləri torpaqlarımızda bu gün mədəni terror həyata keçirirlər. Oradakı tarixi abidələrimiz dağıdılır, Qafqaz Albaniyasına aid abidələr isə erməni tarixi abidələri kimi təqdim edilir. Hazırda ölkəmizdə bu soyqırımının bütün dünyada tanıdılması istiqamətində mühüm işlər görülür.
Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Nazim Vəlişov 31 mart soyqırımı ilə bağlı tarixi faktları diqqətə çatdırıb. O deyib ki, XX əsrin sonlarında xalqımızın başına gətirilən faciələr əsrin əvvəllərində törədilənlərin davamı olub.
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib









