XƏBƏRLƏR
Çap et
1437
Azərbaycan hökuməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq inkişaf edir
Mətbuat xidmətinin məlumatı
09 Mart, 2018
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov martın 7-də ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktorunun müavini xanım Laura Tompson ilə görüşüb.
Baş nazirin müavini Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatının bütün qurumları, o cümlədən Cenevrə bölməsi ilə sıx əməkdaşlığa malik olduğunu söyləyib.
Əli Həsənov Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər yüksək qiymətləndirilir. Məhz buna görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanı İcraiyyə Komitəsinin səsvermə hüququ olan tam üzv kimi qəbul edib. Qaçqınlar üzrə Ali Komissarlığın İcraiyyə Komitəsinin hər il keçirilən sessiyasında iştirak etdiyini xatırladan Əli Həsənov BMT-nin qurumlarının Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edib.
Əli Həsənov BMqT-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə də toxunub. Bildirib ki, nümayəndəlik Azərbaycan hökuməti ilə çox sıx əlaqə qurub.
Diqqətə çatdırılıb ki, Beynəlxalq Miqrasiya Təşkilatı dəyəri 30 milyon dollaradək olan müxtəlif layihələr, proqramlar həyata keçirməklə Azərbaycan hökumətinə kömək edib. Bu layihələrin, proqramların hamısı Azərbaycan hökumətinin prioriteti olub. Həmin layihələrə insan alverinə qarşı mübarizə, su mənbələrinin bərpası və s. mühüm məsələlər daxildir.
BMqT-nin Cenevrədə yerləşən mənzil-qərargahında bu təşkilatın baş direktoru Uilyam Leysi Svinq ilə keçirdiyi görüşü xatırladan Əli Həsənov bildirib ki, görüşdə mühüm məsələlər müzakirə olunub. BMqT və Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini bu problemin həlli ilə bağlı yaradılmış Minsk qrupunun 20 ildən çoxdur davam edən fəaliyyətinin təəssüf doğurduğunu deyib. Bildirib ki, bu vaxtadək qəbul olunan bütün sənədlər, sadəcə, kağız üzərində qalıb. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İndiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında çar Rusiyası tərəfindən yaradılıb ki, bununla da azərbaycanlıların bu ərazilərdən deportasiyası başlayıb. Nüfuzlu beynəlxalq qurumların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bu, antidemokratik, ədalətsiz mövqedir.
Əli Həsənov ölkəmizdə gedən inkişaf prosesləri barədə də məlumat verib. O deyib ki, bu inkişafın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dünya İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Azərbaycan inkişaf etmiş ölkələr arasında 3-cü, MDB məkanında isə 1-ci yerdədir. Ərazi və əhali baxımından elə də böyük olmayan Azərbaycanın qısa müddətdə - son 10-15 il ərzində belə nailiyyətlər qazanması heç də asan olmayıb. Azərbaycanda yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizdir. 2003-cü ildə qaçqın və məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faiz idisə, bu gün 12 faizdir. Dünyanı bürüyən maliyyə böhranı Azərbaycana çox az təsir göstərdi. Bu gün ölkəmizdə ümumi daxili məhsulun 70 faizə qədəri qeyri-neft sektorunun payına düşür. Azərbaycanda qeyri-neft sektorunun bir çox sahələrinin inkişafına xüsusi diqqət yetirilir.
Əli Həsənov ölkənin sürətli inkişafının miqrasiya məsələlərinə də təsir etdiyini deyib. Bildirib ki, bu inkişaf bir tərəfdən ölkə əhalisinin digər ölkələrə getməsinin qarşısını alır, iş yerlərinin sayı artır, digər tərəfdən isə ölkəyə miqrantların axınına imkan yaradır. Azərbaycanda böyük enerji, infrastruktur layihələri həyata keçirilir. Bu da iş yerlərinin artması deməkdir. Əgər bizim torpaqlarımız işğal edilməsə idi, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz olmasaydı, inkişafımız bundan da sürətli olardı.
Baş nazirin müavini qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Azərbaycanın təcrübəsinin bir çox Avropa ölkələri üçün nümunə olduğunu deyib. Bildirib ki, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunduğu, problemlərinin həll edildiyi bir vaxtda bəzi Avropa ölkələrində miqrantlar böyük problemlərlə, təzyiqlərlə üzləşirlər. Bu gün 550 milyon nəfər əhalisi olan Avropa ölkələri 600-700 min qaçqın problemi qarşısında aciz qalıb. Lakin 10 milyon nəfər əhalisi olan Azərbaycan ölkə rəhbərliyinin düzgün və humanist siyasəti nəticəsində onilliklərdən bəri 1,2 milyon qaçqın və məcburi köçkünlə bağlı problemlərin öhdəsindən gəlir.
Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Laura Tompson ətraflı məlumata görə təşəkkür edib, təmsil etdiyi qurum ilə Azərbaycan hökuməti, xüsusilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycanda inklüziv cəmiyyət qurulub. BMqT-nin ən fəal üzvlərindən biri olan Azərbaycan regionda mühüm önəm kəsb edən ölkədir, xüsusən də tranzit ölkə kimi böyük rola malikdir.
“Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi uğurla fəaliyyət göstərir. Biz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqələri daha da inkişaf etdirmək istəyirik”, - deyə xanım L.Tompson əlavə edib.
Azərbaycana səfəri çərçivəsində ölkəmizdə müşahidə etdiyi inkişafı yüksək qiymətləndirən L.Tompson xüsusən də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, Azərbaycanın bu təcrübəsi bütün ölkələrdə tətbiq oluna bilər.
Görüşdən sonra BMqT-nin nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinə baş çəkib. Qonaqlar burada 33 saylı Zəngilan rayon tam orta məktəbində, Zəngilan Rayon Tarix Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olublar.
19 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Şuşa şəhərində fləşmob keçirib
15 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Vahid aylıq müavinətə dair növbəti maarifləndirmə tədbiri keçirilib
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa sakini: "Artıq öz evimizdə, öz torpağımızdayıq"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz Şuşaya qayıtmışıq
05 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Suqovuşan qəsəbəsinə və Talış kəndinə infotur təşkil edib
01 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Xocalı şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirib
31 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
30 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlayır
29 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır”
24 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
İşğaldan azad edilmiş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil olunub
22 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Gənc məşqçi: “Laçında futbolu inkişaf etdirəcəyik”
20 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Ağalının yeni həyatı...
18 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib
17 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Füzulinin yeni növrağı