XƏBƏRLƏR
Çap et
2172
Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlətimizin daim diqqət mərkəzindədir
Mətbuat xidmətinin məlumatı
12 Fevral, 2018
Fevralın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan tədbir keçirilib.
Tədbirdə Prezident Administrasiyasının və Nazirlər Kabinetinin məsul əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin başçıları, inşaatçılar, fəal məcburi köçkünlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov xatırladıb ki, yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı tərəfindən 14 il ərzində ölkəmizdə görülən işlər təqdim olunub, həmçinin 2018-ci ildə qarşıda duran vəzifələrə dair geniş müzakirələr aparılıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ötən il ölkəmizin iqtisadi potensialı daha da güclənib, davamlı inkişaf dinamikası təmin olunub. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, dünyada baş verən iqtisadi-maliyyə böhranına, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, 2017-ci il ölkəmizdə sabitlik və inkişaf ili oldu. İqtisadiyyatımız son 14 il ərzində 3,2 dəfə artıb. Bu, Prezident İlham Əliyevin iqtisadiyyatımıza yenilik gətirməsi hesabına baş verib. Bu müddətdə Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf edib. O cümlədən sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım olub. Qeyri-neft ixracımız 4,1 dəfə artıb.
“Kənd təsərrüfatı haqqında danışarkən bir məqama xüsusi diqqət yetirmək lazımdır. Fikir verin, dünyada iqtisadi böhran baş verir. Əlbəttə ki, bu, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Məhz belə bir vaxtda dövlətimizin başçısı Ulu Öndərin təcrübəsindən yararlandı. 1970-ci illərdə bizim neftdən gəlirimiz yox idi. Neftimiz var idi, lakin onun gəlirləri ittifaq büdcəsinə gedirdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edirdi. Pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və digər kənd təsərrüfatı sahələrinin hesabına o vaxt inkişafa nail olundu. Prezident İlham Əliyev də həmin təcrübədən yararlanmağa qərar verdi. Artıq bu istiqamətdə görülən işlər öz nəticələrini verir. Dövlətimizin başçısı tərəfindən verilən bu tapşırıqlar nəticəsində nəinki yüksək göstəricilər əldə olunub, artıq insanlar torpağa qayıdıb. Bütün boş torpaqlar əkilib-becərilir”, - deyə Baş nazirin müavini vurğulayıb.
Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən Baş nazirin müavini bildirib ki, məhz bunun sayəsində bu gün sahibkarlar Azərbaycan iqtisadiyyatının inkişafına töhfələrini verirlər. Ölkəmizdə sosial sahəyə çox böyük diqqət göstərilib, bu istiqamətdə bir çox önəmli layihələr icra edilib.
Azərbaycanda neft-qaz sahəsində əldə edilən uğurlardan danışan Baş nazirin müavini bildirib ki, bu nailiyyətlərin təməlində ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə hazırlanan neft strategiyası dayanır. Əgər Ulu Öndər tərəfindən uzaqgörənliklə hazırlanan neft strategiyası olmasaydı, “Əsrin müqaviləsi” imzalanmasaydı, bəlkə də bu gün qazanılan nailiyyətlərə tam çatmaq mümkün olmazdı. Prezident İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan neft-qaz strategiyasını daha da inkişaf etdirdi. Bu gün Azərbaycan idxal ölkəsindən, ixrac ölkəsinə çevrilib.
Komitə sədri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin əhəmiyyətindən də danışaraq bildirib ki, bu yol Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Azərbaycanı böyük tranzit ölkəyə çevirdi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir.
Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş və uzaqgörən siyasət sayəsində bu gün Azərbaycan dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Ötən il Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Davos Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülüb, bu yaxınlarda isə Forumun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında Azərbaycan üçüncü yerə layiq görülüb. “Bax, budur Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticələri”,-deyə komitə sədri vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində yaranın 1 milyondan çox qaçqın və məcburi köçkün problemidir. Əminəm ki, dövlətimizin başçısı bu problemin də həlli yolunu tapacaq. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası həm də dünyaya mesaj oldu. Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, bütün torpaqlarımız işğaldan azad ediləcək, hər qarış torpağımız abadlaşdırılacaq. Əgər Böyük qayıdış Cocuq Mərcanlıdan başladısa, onun davamı artıq Ağdərədə gedir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da hər zaman məcburi köçkünlərə xüsusi qayğı göstərdiyini deyən komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da məhz Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi və çox ciddi tapşırıqlar verdi. Bundan sonra “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi” çərçivəsində daha ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yeni binaların tikintisinə start verildi. Onların müxtəlif ərazilərdə yeni mənzillərlə təmini və bu işlərin uğurla davam etdirilməsi ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir əyani sübutudur. Təkcə onu qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb.
Qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərinin salındığını, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən Ə.Həsənov bildirib ki, digər qəzalı binalarda yaşayan köçkünlərin problemləri də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacaq. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının da, ölkənin Birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir.
Yeni Azərbaycan Partıyasının fevralın 8-də keçirilən VI qurultayından bəhs edən Əli Həsənov deyib ki, qurultayda partiya aprelin 11-də keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini irəli sürüb. Əlbəttə ki, bu, ölkəmizin ictimai siyasi həyatında baş verən əlamətdar hadisədir. “Dövlətimizin başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev bütün tədbirlərdəki nitqlərində qaçqın və məcburi köçkün məsələsinə toxunur, tez-tez onlarla görüşür. YAP-ın VI qurultayında da ilk çıxışın məhz məcburi köçkünlər adından Oqtay Həziyevə verilməsi məcburi köçkünlərə göstərilən diqqətin təzahürüdür”, - deyə komitə sədri qeyd edib.
Sonra iclasda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev, Kəlbəcər rayonundan məcburi köçkün, “Murovdağ” fermer təsərrüfatının rəhbəri Nəsimi Mehtiyev, Şuşa rayonundan məcburi köçkün, “Kirs” firmasının direktoru Kərim Məmmədov çıxış ediblər. Çıxışlarda son 14 il ərzində ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən ətraflı bəhs olunub.
Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov bildirib ki, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası nəticəsində ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də xüsusi canlanma müşahidə olunur. Prezident İlham Əliyev kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə müşavirələr keçirir, tapşırıq və tövsiyələrini verir. Ağaəli Əhmədov deyib: “Qeyd edim ki, məcburi köçkünlər də dövlətimizin başçısının bu çağırışına qoşuldular və məskunlaşdıqları ərazilərdə müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına başladılar”.
Tədbirdə komitə sədri Əli Həsənov yeni qəsəbələrin tikintisində iştirak edəcək inşaatçılara işlərin yüksək sürətlə və keyfiyyətlə aparılmasına dair tövsiyələrini verib.
19 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Şuşa şəhərində fləşmob keçirib
15 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Vahid aylıq müavinətə dair növbəti maarifləndirmə tədbiri keçirilib
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa sakini: "Artıq öz evimizdə, öz torpağımızdayıq"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz Şuşaya qayıtmışıq
05 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Suqovuşan qəsəbəsinə və Talış kəndinə infotur təşkil edib
01 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Xocalı şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirib
31 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
30 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlayır
29 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır”
24 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
İşğaldan azad edilmiş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil olunub
22 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Gənc məşqçi: “Laçında futbolu inkişaf etdirəcəyik”
20 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Ağalının yeni həyatı...
18 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib
17 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Füzulinin yeni növrağı