"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1644
ABŞ-ın Azərbaycandakı səfiri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 24 Yanvar, 2018
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov yanvarın 24-də ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Robert Sekutanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan və ABŞ arasında hər zaman yaxşı əlaqələrinin olduğunu deyən Əli Həsənov bu münasibətlərin bu gün də uğurla inkişaf etdiyini bildirib. Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, son 24 ildə donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən Azərbaycanda humanitar,vətəndaş cəmiyyətinin gücləndirilməsi, demokratik islahatlar, texniki və digər inkişaf layihələri ilə bağlı həyata keçirilən layihələrə sərf olunmuş vəsait təxmini 1,4 mlyard ABŞ dolları həcmində olmuşdur. Bundan 820 milyon ABŞ dövlət departamenti, müdafiə və kənd təsərrüfatı nazirliklərinin vəsaitinin icrası ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür. 1993-2000-ci illərdə ABŞ-ın Azərbaycanda humanitar və inkişaf proqramlarının həyata keçirilməsi sahəsində 33 təşkilatı olmuşdur. Hazırda isə 6 beynəlxalq humanitar və inkişaf təşkilatı fəaliyyət göstərir. Əli Həsənov diqqətə çatdırıb ki, ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) ilə Azərbaycan hökuməti arasında hər zaman sıx münasibətlər olub. Biz onların layihələrinin icrasına bütün köməkliyi etmişik və edəcəyik. Həyata keçirilən layihələrin hamısı Azərbaycan hökumətinin prioritetinə uyğun aparılıb. Biz bu köməyi hər zaman minnətdarlıqla xatırlayırıq və yüksək qiymətləndiririk. Əgər vaxtı ilə bunlar olmasaydı bizim üçün çox çətin olardı. Şükürlər olsun ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib. Lakin buna baxmayaraq biz çətin vaxtlarda edilən yaxşılıqları heç vaxt unutmuruq. Qəbula görə minnətdarlığını bildirən ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bildirdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın gələcəyi qeyri-müəyyən idi, lakin indi Azərbaycan çox böyük inkişaf əldə edibdir. O, qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda demək olar ki, ölkəniz onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. ABŞ hökuməti tərəfindən məcburi köçkünlər üçün məktəb binalarının tikintisi, onların təmiri, ingilis dili kurslarının təşkili, su təchizatının yaxşılaşdırılması kimi layihələr həyata keçirilmişdir və bundan sonra da bu istiqamətdə prioritet təşkil edən layihələr davam etdiriləcəkdir. Bu günki görüşün məqsədi isə məhz gələcək həyata keçiriləcək layihələrin daha prioritet sahələrə yönəlməsi ilə bağlı müzakirələr aparmaq olduğunu deyən səfir onu da qeyd etdi ki, bu günlərdə Abşeron rayonunda məcburi köçkünlərlə bağlı yeni bir layihənin başlanması nəzərdə tutulur. Robert Sekuta həmçinin diqqətə çatdırdı ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi bu yaxınlarda istismara veriləcəkdir ki, bu da orada və ətraf rayonlarda kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək, sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına və işlə təmin olunmasına köməklik göstərəcəkdir. Əli Həsənov bildirdi ki, Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 ev tikilərək sakinlər öz doğma torpaqlarına qayıdıblar.Cənab Prezidentin Sərəncamı ilə müvafiq infrastruktur obyektləri ilə birlikdə daha 100 evin tikintisi də başa çatdırılıb və yaxın zamanlarda digər sakinlər də öz kəndlərinə qayıdacaqlar. Bunları nəzərə alaraq sakinlər arasında reabilitasiya, iş qabiliyyətinin, milli adət-ənənələrinin bərpası kimi proqramların həyata keçirilməsi məqsədə uyğun olardı. Baş nazirin müavini onu da vurğuladı ki, ötən ilin noyabırında Tərtər rayonunda açılışı olan yeni yaşayış kompleksi də əslində işğaldan azad edilmiş torpaqlarda tikilbdir. Bununla da Böyük Qayıdış Dağlıq Qarabağ torpağında davam etdirilmişdir. “Marağa–150” abidəsi haqqında Səfirə məlumat verən Baş nazirin müavini qeyd etdi ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan bu abidə, Azərbaycana qarşı əsassız ərazi iddialarını ifşa edən, 1978-ci ildə ermənilərin özləri tərəfindən ucaldılmış, 1988-ci ildə dağıdılmış, hazırda qalıqları Tərtər rayonunun Şıxarx kəndinin ərazisində yerləşir. Prezident İlham Əliyevin tapşırığı ilə abidənin ərazisi abadlaşdırılmış, arxiv sənədləri, fotoşəkillər əsasında azərbaycan, rus, ingilis və fars dillərində stendlər quraşdırılmış, xüsusi buklet hazırlanmışdır. Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırki vəziyyət və ATƏT-in Minsk qrupunun 20 ildən artıqdır hər hansı bir konkret nəticə əldə bilməməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu gün Ermənistan müstəqil siyasət yürüdə bilmir. Bu isə münaqişənin həlli ilə bağlı durumu daha da çətin vəziyyətə salıb. Azərbaycan xalqının və dövlətinin sülhsevər olduğunu bildirən Baş nazirin müavini Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizin son on 14 ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Bildirib ki, hazırda həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır. Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində ölkəmizin liderlər sırasına çıxması bütün bunların əyani sübutudur və əldə olunan bu yüksək nailiyyətlər ilk növbədə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin göstəricisidir. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, rəsmi Vaşinqton münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Münaqişə nəticəsində mədəniyyət abidələrinin, məscidlərin dağıdılmasının çox ağır hadisə olduğunu deyən Səfir bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb