XƏBƏRLƏR
Çap et
1888
Nidal Salim: Sərsəng su anbarı ilə bağlı problemin həlli üçün beynəlxalq ekspertlərdən ibarət komitə yaradılmalıdır
Mətbuat xidmətinin məlumatı
22 Dekabr, 2017
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 22-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti əsasında ölkəmizdə səfərdə olan Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Nidal Salimlə görüşüb.
Görüşdə Ermənistanın işğalçı siyasəti nəticəsində Sərsəng su anbarının bloklanması, ətraf ərazilərdə su ilə bağlı çətinliyin yaranması və digər problemlərin Dünya Su Şurasının gündəliyinə salınması mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Sərsəng su anbarı ilə bağlı problemin ölkəmiz üçün vacib məsələlərdən biri olduğunu qeyd edən komitə sədri Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktorunun bu səfərinin əhəmiyyətini xüsusi vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, Sərsəng su anbarı 1976-cı ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə tikilib. Onun ümumi sututumu 560 milyon kubmetrdir. Anbar Azərbaycanın 6 rayonunda 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamə barədə danışan Əli Həsənov deyib: “Bu qətnamə həm ədalətlidir, həm də çox sərtdir. Sənəddə praktiki olaraq AŞPA Ermənistanı birmənalı şəkildə günahlandırıb. Sərsəng su anbarından Azərbaycan tərəfinə suyun keçməsinin qarşısının mütəmadi olaraq qəsdən alınması “ekoloji təcavüz” adlandırılıb. Həmin qətnamədə Ermənistanın bu əməllərinin 1966-cı il Helsinki və 2004-cü il Berlin qaydalarına tam zidd olduğu bildirilib. Qətnamədə tələb edilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmalıdır. Əgər su hövzəsindən istifadəyə görə insanlara məhdudiyyət qoyulursa, bu, qeyri-insani hərəkətdir”.
Ermənilərin bu hərəkətlərinin təəccüb doğurmadığını bildirən komitə sədri diqqətə çatdırıb ki, Ermənistan dövlətinin bu gün yerləşdiyi ərazilər qədim Azərbaycan torpaqlarıdır. Vaxtilə Çar Rusiyası tərəfindən ermənilər Azərbaycan torpaqlarına yerləşdirildi və onlar üçün bizim ərazilərimizdə dövlət quruldu. Bu dövlətin hazırkı paytaxtı Yerevan da azərbaycanlıların İrəvan xanlığı olub və XIX əsrin əvvəlində orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Hazırda orada bir nəfər də olsun azərbaycanlı yoxdur. Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunaraq deyib ki, Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, torpaqlarımızın 20 faizi işğal edilib, bir milyon iki yüz min soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli-mədəni sərvətlərimiz talan edilib, bütün infrastruktur dağıdılıb.
Diqqətə çatdırılıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə də pislənilib. “Dünyada elə bir nüfuzlu beynəlxalq təşkilat qalmayıb ki, bu münaqişəyə münasibət bildirməsin. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib”, - deyə Əli Həsənov vurğulayıb.
Azərbaycanın son illər əldə etdiyi nailiyyətlərdən danışan Əli Həsənov ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun rəhbərliyi ilə aparılan kompleks islahatlar, regionların inkişafına yönələn sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, neft strategiyası, düşünülmüş xarici siyasətin nəticələri, ölkəmizin beynəlxalq nüfuzu, sürətlə artan sosial-iqtisadi inkişafı, ölkə daxilindəki ictimai-siyasi sabitlik barədə məlumat verib.
Qeyd edilib ki, bu gün Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə dünyanın diqqət mərkəzindədir. Azərbaycan bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verir. Azərbaycanda bütün qeyri-millətlərin nümayəndələri əsrlər boyu yerli əhali ilə birgə sülh, əmin-amanlıq şəraitində yaşayıblar.
Rəhbərlik etdiyi institutun əsasən su təhlükəsizliyi məsələləri ilə məşğul olduğunu qeyd edən Nidal Salim deyib ki, bu gün su təhlükəsizliyi çox ciddi siyasi məsələyə çevrilməkdədir.
Ölkəmizə səfəri, keçirdiyi görüşlər barədə danışan qonaq qeyd edib ki, səfərinin əsas məqsədi birlikdə Sərsəng su anbarı ilə bağlı məsələnin strategiyasını hazırlamaqdır. Səfər çərçivəsində Tərtər rayonunda Sərsəng su anbarına yaxın ərazilərdə olduqlarını, burada sakinlərlə görüşdüklərini deyən qonaq bu problemin həlli yollarının tapılmasında beynəlxalq ekspertlərdən ibarət komitənin yaradılmasının vacibliyini diqqətə çatdırıb.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb