"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1330
Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında perspektiv əməkdaşlıq müzakirə edilib
Mətbuat xidmətinin məlumatı 31 Yanvar, 2017
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov yanvarın 31-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosu Direktoru Vinsent Koçetelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb və bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib. Baş nazirin müavini Əli Həsənov BMT QAK-ın rəhbərliyinin Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə həmişə diqqətlə yanaşdığını, sabiq ali komissarlar xanım Sadako Oqata və Antonio Quterreşin Azərbaycana səfərlərinə, çadır düşərgələrindəki və digər ərazilərdə məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmalarına toxunaraq, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin daha da inkişaf etdiyini, və bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır. BMT QAK-ın yeni fəaliyyətə başlayan regional nümayəndəliyinin yaradılmasında əsas məqsədin yerli nümayəndəliklərin fəaliyyətinə dəstək verməkdən ibarət olduğu vurğulanan görüşdə bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olubdur.Bu gün də məcburi köçkünlər arasında iş vərdişlərinin bərpa edilməsi, reabilitasiya proqramlarının və digər texniki proqramların hazırlanmasında bu təşkilata ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən, Azərbaycan dövlətinin bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyindən danışan Baş nazirin müavini Əli Həsənov onu da bir daha diqqətə çatdırıb ki, dünyada baş verən mövcud iqtisadi böhranlara baxmayaraq ölkəmiz sürətlə inkişaf edən ölkələr sırasındadır. Burada məqsəd inkişaf etmiş ölkələr sırasına çıxmaqdır. Görüşdə bildirilib ki, bu gün ölkəmizin həll olunmamış yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemidir. Ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün bütün lazımı şərait yaradılıb ancaq bu insanların yeganə istəkləri öz doğma torpaqlarına qayıtmaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Əli Həsənov deyib ki, münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmir. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir və bu işğalçı ölkəyə qarşı da heç bir təzyiq edilmir. Bu, ən böyük ədalətsizlik və beynəlxalq hüquq normalarının pozulmasıdır. Bu, bizdə bir daha elə bir təsəvvür yaradır ki, beynəlxalq hüquq qüvvədə deyil və bu, dünyada beynəlxalq münasibətlərə təsir edən dövlətlər tərəfindən tətbiq olunur. Əli Həsənov deyib: “Bu gün dünyada bir çox problemlər var. Ancaq bunların içərisində ən həssası qaçqın və məcburi köçkün problemidir. Güclü dövlətlər yeni ərazilər əldə etmək, təbii resurslar qazanmaq və dünyanın coğrafiyasını bölüşdürmək üçün müharibələr aparırlar. Ortada isə kiçik xalqlar əziyyət çəkirlər. Bir tərəfdən insan hüquqlarının qorunmasından danışırlar, digər tərəfdən isə gündə minlərlə insan həlak olur”. Baş nazirin müavini bildirib ki, bu gün 550 milyon nəfər əhalisi olan Avropa 1 milyon miqrantın qarşısında çarəsiz qaldı. Bu insanların hər gün hüquqları pozulur. Bu gün bizə insan hüquqlarının qorunmasında irad tutan ölkələr bilməlidir ki, 90-cı illərin əvvəllərində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən uğurlu idarəçilik mexanizmi yaradıldı, bu problemin vahid mərkəzdən idarə edilməsinin əsası qoyuldu, bu sahədə heç bir konflikt ortaya çıxmadı və bu gün də bu problemin həlli istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm işlər görülür. Ölkəmizə səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri bütün dünyaya nümunə göstərmişdirlər. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosu Direktoru Vinsent Koçetelin ətraflı məlumata görə minnətdarlığını bildirmiş və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin ölkəmizə səfər etmək istədiyini diqqətə çatdırmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin son günlər məcburi köçkünlərlə bağlı imzaladığı fərman və sərəncamlar haqqında məlumatlı olduğunu və bunu dəstəklədiyini deyən qonaq işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərinin geriyə qayıdışı prosesində BMT QAK-ın yaxından iştirak etmək istədiyini və bu sahədə öz təcrübələrini bölüşmək istədiklərini bildirdi. Onlar eyni zamanda 2019-cu ildə əhalinin siyahıya alınmasında da yaxından iştirak etmək istəyirlər. Cənab Prezidentin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanın əhəmiyyətindən danışan Əli Həsənov bildirib ki, bu məcburi köçkünlərin sosial müdafiəsinə yönəlib, şəfaflıq tam təmin edilib, onların aldıqları müavinətin istifadə edilməsi hüququ onların öz sərəncamına verilib. Bu isə onların müstəqil həyat tərzi yaşamaları üçün ailə büdcəsinə nəzarət etmələrinə gətirib çıxaracaq. Əli Həsənov işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncam haqqında qonaqlara ətraflı məlumat verərək bildirib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Ancaq həmin ərazi düşmənin atəşi altında idi. Keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş uğurlu aprel əməliyyatı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb.Cənab Prezidentin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə tezliklə yeni qəsəbənin, məktəb binasının tikintisinə başlanılacaqdır. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır.Doğma yurdlarına qayıtmaq üçün sakinlərdən 200-ə yaxın ərizə daxil olub və bunun sayı hər gün artır. Beləliklə Böyük Qayıdış Proqramının icrasına Cocuq Mərcanlıdan başlanılır. Əli Həsənov onu da qeyd edib ki, cənab Prezidentin tapşırığı ilə bu günlərdə ölkəmizdə olan səfirlərin və bütün beynəlxalq təşkilatların nümayəndələrinin də həmin əraziyə səfəri təşkil olunacaq və onlar bir daha erməni vəhşilikləri ilə yerində tanış olacaqlar. Görüşdə BMT QAK-ın Cənubi Qafqaz (Azərbaycan, Ermənistan və Gürcüstan) üzrə yeni təyin olunmuş Regional Nümayəndəsi Yohannes van der Klauv ölkəmizin zəngin tarixə və mədəniyyətə malik olduğunu bildirdi. O, həmçinin hər iki tərəfin əldə etdiyi təcrübənin qarşılıqlı əməkdaşlıq şəraitində paylaşmasının vacibliyini dedi. Baş nazirin müavini BMT QAK-ın Baş Qərargahının Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi ilə əməkdaşlıq etməsinin vacibliyini bildirdi və bunun hər iki tərəf üçün faydalı ola biləcəyinə əminliyini ifadə etdi. Qonaqlar Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məskunlaşmış məcburi köçkünlərlə də görüşmüş və onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb