"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1558
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 11 Yanvar, 2017
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov yanvarın 11-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Kroftsla görüşmüşdür. Səfir Kerol Meri Krofts ölkəsinin Azərbaycan ilə 20 ildən artıqdır ki, uğurlu əməkdaşlıq etdiyini, BP-nin ölkəmizə ən böyük sərmayə yatıran şirkət olduğunu bildirdi. Azərbaycanda olduğu müddətdə respublikamızın müxtəlif bölgələri ilə də tanış olduğunu deyən səfir Kerol Meri Krofts xalqımızın qonaqpərvərliyinin onda dərin təəssürat yaratdığını, son illər Azərbaycanın sürətli inkişafını, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğuladı. Azərbaycan ilə Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Əli Həsənov bu əlaqələri daha da inkişaf etdirməyin, qarşlıqlı əməkdaşlğın möhkəmləndirilməsinin vacibliyini qeyd etdi və səfir Kerol Meri Kroftsun diplomatik fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Əli Həsənov Böyük Britaniyadan olan 150-yə yaxın şirkətin qeyri neft sektorunda, o cümlədən neft sektorunda BP-nin fəaliyyət göstərdiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirdi. Baş nazirin müavini eyni zamanda Böyük Britaniya vətəndaşları və şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri və fəaliyyətinin, ölkəmizin işğal edilmiş ərazilərindəki filiz mədənindən qanunsuz çıxarılmış qızıl Ermənistanda emal olunaraq bir çox Avropa ölkələrində, o cümlədən London Fond Birjasında satışa çıxarılmasının yol verilməz olduğunu Səfirin diqqətinə çatdırdı və bu cür xoşagəlməz halların qarşısının alınmasının vacibliyini vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı mötəbər beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir. Məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu iyirmi ildən artıq müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, ortaya heç bir səmərəli nəticə qoymayıb. Azərbaycan bölgədə sabitliyin, əmin-amanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında maraqlıdır. Bunun üçün ilk növbədə, beynəlxalq qurumların qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Ermənistan intensiv olaraq danışıqlar prosesini pozur. Ermənistan hakimiyyəti münaqişənin həllini istəmir, havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır və qeyri-konstruktiv mövqe tutmaqda davam edir. Dünya birliyi isə işğalçı ölkəyə heç bir təzyiq göstərmir. Son 20 ildə Ermənistanın heç bir nailiyyət əldə etmədiyini bildirən Baş nazirin müavini Əli Həsənov vurğulayıb ki, ötən dövrdə bu ölkənin iqtisadi vəziyyəti olduqca pisləşib, işğalçı dövlət Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq və regional layihələrdən kənarda qalıb. Bir sözlə, ötən 20 ildə erməni xalqı bu münaqişədən heç nə qazanmayıb, Bu ölkədə vəziyyət gündən-günə gərginləşir, əhali xarici ölkələrə üz tutur. Dünyada cərəyan edən ictimai-siyasi proseslərin gərginliyinə, hökm sürən iqtisadi böhrana baxmayaraq Prezident İlham Əliyevin uğurla həyata keçirdi balanslaşırılmış siyasət nəticəsində son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan Səfirə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır, şəffaflığln təmin edilməsində, insan hüquqlarının qorunmasında mühüm nailiyyətlər əldə olunub. Bu gün bizə demokratiyadan, korrupsiyadan, insan hüquqlarının qorunmasından irad tutan ölkələrə baxın. Avropada görün qaçqınlara nə zülmlər edirlər.Bütün bunlar göz qabağındadır. Ancaq BMT-nin baş katibi, Qaçqınlar üzrə sabiq Ali Komissarı Antonio Quterreş Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlər üçün yaratdığı şəraitə görə ölkəmizi bütün dünyaya nümunə göstərir. Əli Həsənov bildirib ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faiz idisə, görülən tədbirlər nəticəsində bu gün bu rəqəm 5 faizə endirilib. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75 faizdən 12 faizə enib. Azərbaycanda neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Ölkəmiz sürətlə inkişaf edən ölkələr sırasındadır.2020-ci ilədək iqtisadiyyatın neftdən asılılığının, yoxsulluğun aradan qaldırılacağı nəzərdə tutulur. Ölkəmizdə beynəlxalq humanitar təşkilatlar üçün rahat və şəffaf şərait yaradılıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft siyasətindən əldə olunan ilk vəsaitlərlər hesabına qaçqın və məcburi köçkünlər üçün 95 müasir yaşayış kompleksi salınıb və 250 min nəfər yeni mənzillərə köçürülüb.Ancaq bu insanların yeganə arzusu doğma torpaqlarına qayıtmaqdır. AŞPA sədri olmuş britaniyalı parlament üzvü Lord Rassel Conston və digər parlament üzvlərinin ölkəmizə səfərləri və məcburi köçkünlərlə görüşlərini xatırladan Əli Həsənov eyni zamanda bu ölkənin bir çox beynəlxalq humanitar təşkilatlarının ölkəmizdə olan məcburi köçkünlərə humanitar yardımlar etdiyinə görə təşəkkürünü bildirib. Qəbula görə minnətdarlığını bildirən Britaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan qarşılıqlı əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.O, həmçini iki ölkə arasında müxtəlif sahələrdə bir sıra layihələr üzərində iş aparıldığını qeyd etdi. Ermənistanın hazırkı status-kvonun davam etdirməsindən təəssüfləndiyini bildirən Səfir Kerol Meri Krofts qeyd edib ki, dünya ictimaiyyəti bu münaqişənin həllinə kömək etməlidir və Böyük Britaniya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Görüşdə həmçinin Səfirlik tərəfindən məcburi köçkün şagirdlərə müvafiq məktəb ləvazimatının verilməsi məsələsi də müzakirə olunub.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb