"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1432
Ermənistanın tutduğu mövqe bu gün təkcə region üçün deyil, həm də dünya üçün təhlükədir
Mətbuat xidmətinin məlumatı 01 Sentyabr, 2016
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov sentyabrın 1-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bu günkü durumu, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərlə bağlı vəziyyəti yerində öyrənmək məqsədilə Azərbaycanda səfərdə olan Litvanın Jurnalistlər İttifaqının sədr müavini, «Alkas.lt » internet portalının redaktoru Audris Antanaytisə geniş müsahibə verib. Müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə xronoloji ardıcıllıqla məlumat verən Baş nazirin müavini bildirib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar ki, bunlar da Azərbaycan torpaqlarının mərhələ-mərhələ işğalı ilə nəticələnib. “Qafqazı işğal etməyi qarşısına məqsəd qoymuş Çar Rusiyası Azərbaycan uğrunda İranla müharibələrə başladı. Nəticədə Şimali Azərbaycan ərazisində yerləşən bütün xanlıqlar Rusiya imperiyası tərəfindən işğal olundu. 1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil oldu. 1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürüldü. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 000 erməni köçürüldü”. Baş nazirin müavini qeyd etdi ki, Çar Rusiyasının və keçmiş sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratdılar. Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və XIX əsrin əvvəlində orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Lakin bütün bunlar onlara bəs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdilər - Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi. Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. O, deportasiya deyil, əslində etnik təmizləmə oldu. Məlumat üçün bildirildi ki, 1985-ci ildə Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə onun ətrafına topladığı ermənilər və ermənipərəst qüvvələr dərhal hərəkətə keçərək çoxdan ürəklərində gəzdirdikləri «Böyük Ermənistan» ideyasını reallaşdırmaq üçün hazırladıqları planı ortaya qoydular.1986-cı ildə Mixail Qorbaçovun Fransaya səfəri zamanı onun xeyir-duasını alan erməni millətçiləri üçün niyyətlərinin həyata keçirilməsi yolunda indi bircə maneə qalırdı- SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun yeganə azərbaycanlı üzvü olan Heydər Əliyev. Hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrlərdən Heydər Əliyevin bu məsələyə sərt və kəskin münasibətindən xəbərdar olan erməni separatçıları və onların Kremldəki havadarları ilk tədbir kimi, 1987-ci ildə onun tutduğu vəzifədən uzaqlaşdırılmasına nail oldular. 1988-ci ilin fevral ayında Sumqayıt şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ermənilərin əli ilə həyata keçirilən hadisələrdən sonra erməni millətçilərinin əli ilə hədə-qorxu və terror hesabına Ermənistanda yaşayan 250 mindən artıq azərbaycanlı öz doğma yurdlarından qovuldu. Qədim Azərbaycan şəhərlərindən olan İrəvan hazırda Ermənistan dövlətinin paytaxtıdır. Bu gün həlli çətinləşmiş Dağlıq Qarabağ problemi məhz elə o vaxtdan başladı. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan Baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırdı. Xarici jurnalistin sualını cavablandıran Baş nazirin müavini vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edib.Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan Azərbaycan vətəndaşlarıdır. Onlar Dağlıq Qarabağda azərbaycanlıların qanlarını tökərək hakimiyyətə gəliblər. Bu gün Ermənistan aclıq, səfalətlə üzləşib. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, son 15-20 ildə Ermənistanı bir milyon yarım erməni tərk edib. Çünki bu ölkədəki cinayətkar rejim öz xalqına heç nə vermir. Ermənistan torpaqlarımızı 24 ildir işğal altında saxlayıb, nə əldə edib? Heç nə. Əksinə çox şey itirib. Əli Həsənov vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. Nəticədə günahsız insanlar amansızlıqla öldürülüb. O, qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır. Bu faciəni törədənlərin bu gün Ermənistanda hakimiyyətdə olduqlarını diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu işğalçı ölkənin tutduğu mövqe, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə əməl etməməsi, işğalçılıq siyasətini bu gün də davam etdirməsi təkcə region üçün deyil, bütövlükdə dünya üçün təhlükədir. Azərbaycanın Prezidenti cənab İlham Əliyevin müstəqil siyasət yeritdiyini, münaqişənin həllinə sülh yolu ilə nail olmağa üstünlük verdiyini bildirən Əli Həsənov həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək problemlərinin həlli istiqamətində görülən tədbirlər, xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması baxımından həyata keçirilən işlər barədə də ətraflı məlumat verərək bildirmişdir ki, ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə 6,1 milyard manat məbləğində vəsait xərclənmişdir. Bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemini idarə etmək üçün xüsusi sistem, mexanizm qurub. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində böyük işlər görüblər. Ümumilikdə indiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 94 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilmiş, 243 min nəfər bu qəsəbələrə köçürülmüşdür. Bunlarla yanaşı, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın da olduğunu, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun mərhələli şəkildə tədbirlər həyata keçirildiyini bildirən Baş nazirin müavini Əli Həsənov bu gün Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünlərinin problemlərinin həllini tam üzərinə götürdüyünü, bu sahədə cənab Prezident İlham Əliyev tərəfindən görülən tədbirlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən dünyanın oxşar problemlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirildiyini də diqqətə çatdırmışdır. Əli Həsənov qeyd etmişdir ki, bu gün Azərbaycan cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə bu gün dünyanın diqqət mərkəzindədir, həmçinin təbii resurslarına, yerləşdiyi coğrafi mövqeyinə görə tanınır, sevilir. Azərbaycan bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verir. Ölkəmizdə nadir tolerantlıq mühiti var. Azərbaycanda bütün qeyri-millətlərin nümayəndələri əsirlər boyu yerli əhali ilə birgə sülh, əmin-amanlıq şəraitində yaşayır, onların hamısının ibadət yerləri mövcuddur. Baş nazirin müavini deyib ki, ermənilərin dünyanın hər yerində diasporları var və onların yaranma tarixi 200 ili ötür. Bu imkanlar nəticəsində mənfur qonşularımız Azərbaycan əleyhinə heç bir əsası olmayan informasiyalar yayırlar. Biz isə diaspor təşkilatlarımızı müstəqillik illərindən sonra yaratmağa nail olduq. Bu il yenidən qazandığımız müstəqilliyimizin 25 ili tamam olur. Hələ 1918-ci ildə də Azərbaycan ilk dəfə müsəlman Şərqində müstəqil respublika yaradıb. Biz müstəqilliyimizi 1991-ci ildə bərpa edə bildik. Bu, bizə ölkəmiz, dövlətimiz haqqında dünyada təbliğat aparmağa imkan yaratdı. Bu işi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev başlasa da, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Görülmüş işlərin nəticəsidir ki, artıq dünya bizi tanıyır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən 155 dövlət ölkəmizi dəstəkləyib. Bu, o deməkdir ki, Azərbaycan artıq dünya arenasına çıxıb. Əli Həsənov görüşdə bu ilin aprel ayının əvvəlində qoşunların təmas xəttində baş verən hadisələr barədə də məlumat verib. Bildirib ki, Azərbaycan ordusu erməni təxribatlarının layiqli cavabını verdi və Ermənistan Azərbaycanın gücünü gördü. Bizim Prezidentimiz, dövlətimiz sülhsevər siyasət yeridir. Biz müharibə istəmirik, problemin sülh yolu ilə həllini istəyirik. Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz qaçqın, köçkünlərinin problemlərini özü həll edir, ancaq bu, o demək deyil ki, beynəlxalq təşkilatlara ehtiyac yoxdur. Problem öz həllini tapana qədər beynəlxalq humanitar təşkilatlar fəaliyyət göstərməlidir, göstərirlər və göstərəcəklər. 1990-cı illərin əvvəllərində ağır vəziyyətlə üzləşmiş Azərbaycanda beynəlxalq humanitar təşkilatların göstərdikləri həmin yardımlar çox vacib idi. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı yox idi. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər ölkədə humanitar fəlakət yaranardı. Sonda Əli Həsənov Azərbaycanla Litva arasında əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu və bu əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etdi və litvalı jurnalistlərə ölkəmiz üçün ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə maraqlandıqları üçün onlara təşəkkürünü bildirdi. O, həmçinin bu səfərin təşkilinə görə ölkəmizin Litvadakı Səfirliyinə və Beynəlxalq Avrasiya Mətbuat Fonduna da təşəkkür etdi.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb