"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1647
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan Hökuməti ilə əməkdaşlığa böyük önəm verir
Mətbuat xidmətinin məlumatı 28 İyul, 2016
Azərbaycan Respublikası Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov iyulun 28-də Beynəlxalq Miqrasiya təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Sabadoşu qəbul etmişdir. Görüşdə Baş nazirin müavini Əli Həsənov xalqımızın Ümummilli lideri Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorları ilə görüşlərini xatırlamış və təşkilat ilə ölkəmiz arasında münasibətlərin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri, tərəflər arasında miqrasiya sahəsində mövcud olan uğurlu əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır. Əli Həsənov BMqT-nin Bakıdakı ofisinin fəaliyyətini yüksək qiymətləndirərək, müxtəli sahələrlə bağlı həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirmiş və ölkəmizin bu təşkilat ilə əməkdaşlığın gücləndirilməsi kontekstində yeni layihələrə açıq olduğunu diqqətə çatdırmışdır. BMqT-nin Azərbaycandakı nümayəndəliyinin həyata keçirdiyi layihələr çərçivəsində əldə olunan nailiyyətlər barədə və miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair hərtərəfli fikir mübadiləsi aparılan görüşdə Baş nazirin müavini Əli Həsənov qeyd etmişdir ki, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar içərisində Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq hökumətin daha çox önəm verdiyi təşkilatlardandır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bizim üçün yeni olan miqrasiya probleminin həlli ilə bağlı milli qanunvericilik bazasının yaradılmasında və digər hüquqi sənədlərin hazırlanmasında bu təşkilatın təcrübəsindən istifadə olunub. Bu gün Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulub, bütün milli qanunvericiliyimiz beynəlxalq standartlara uyğunlaşdırılıb və bu sahədə kifayət qədər hüquqi baza formalaşıb. Ancaq bundan sonra da, bu təşkilatla əməkdaşlığı davam və inkişaf etdirmək Azərbaycan hökumətinin marağındadır. Bu təşkilatın ölkəmizdə fəaliyyətə başlamasından sonra həyata keçirdiyi layihələri prioritet layihələr kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov onu da diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr, yeni iş yerlərinin yaradılması, vətəndaşlarımızın, ölkədəki qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə görülən işlərin oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilməsi miqrantları da özünə cəlb edir. Bütün bunlar isə onların sayının artmasına gətirib çıxardığından bu təşkilatla hələ əməkdaşlığımızın, prioritet istiqamətlər üzrə layihələrin davam etdirilməsinə ehtiyac duyulur. Əli Həsənov həmçinin ölkəmizin miqrasiya sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb və miqrasiya proseslərini tənzimləmək məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini qeyd edib. Görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Beynəlxalq Miqrasiya təşkilatı ilə miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi, insan alverinə qarşı mübarizə və kənd yerlərində kəhrizlərin bərpası vasitəsilə su təchizatının və həyat şəraitinin yaxşılaşdırılması sahəsində çox böyük əməkdaşlıq edib. Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, onların həlli yolları ilə bağlı görülən işlər barədə də qonağa hərtərəfli məlumat verən Əli Həsənov onu da bildirmişdir ki, nüfuzlu beynəlxalq qurumların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bütün bunlar antidemokratik yanaşmadır. Bu gün dünyada münaqişələrin heç birinin həll edilməməsinə toxunan Baş nazirin müavini deyib: “Qaçqın, miqrant, məcburi köçkün problemi dünyada həmişə olub. İkinci Dünya müharibəsindən sonra münaqişələrin sayı artdıqca qaçqın və miqrantların sayı da get-gedə artmağa başladı. Son 50 ildə dünyada hansı problem həll olunub? İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya özlərinin dedikləri kimi diktatura rejimini dəyişdilər. Bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Bütün bunlar dünyada hegomon dövlətlərin torpaq, təbi sərvətlər əldə etmək və nüfuz dairələrinin genişləndirmək və s. kimi cəhdlərinin nəticəsidir. Ancaq hesab edirəm ki, dünyada bu ədalətsizliklər daim davam edə bilməz. Biz isə Sizinlə yaranmış problemin humanitar tərəfi ilə məşğuluq”. Baş nazirin müavini bildirib ki, bu gün 550 milyon nəfər əhalisi olan Avropa ölkələri 800 min qaçqın problemi qarşısında aciz qalıb. Lakin 10 milyona yaxın əhalisi olan Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində onilliklərdən bəri 1,2 milyon qaçqın və məcburi köçkünlə bağlı problemlərin öhdəsindən gəlir.Ölkəmizə səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri bütün dünyaya nümunə göstərmişdirlər. Baş nazirin müavini həmçinin bildirmişdir ki, bu gün Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. Azərbaycanın artıq mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkana çevrilib.Bu cür tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınması üçün gözəl imkanlar yaradır. Ətraflı məlumata, təmsil etdiyi qurumun fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirən xanım Argentina Sabadoşu bu gün Azərbaycanın ərazisinin 20 faizinin işğalda olmasına, bir milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün şəraitində yaşamasına baxmayaraq ölkəmizin böyük uğurlara imza atdığını vurğulayaraq bütün bunlardan məmnunluğunu ifadə etmiş, təmsil etdiyi qurum tərəfindən ölkəmizdə həyata keçiriləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparmış, Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirmişdir. Xanım Argentina Sabadoş Azərbaycanda yaradılmış miqrasiya idarəçiliyi modelini çox bəyəndiyini və onun digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib. O, Azərbaycanın tolerant ölkə olmasını vurğulayaraq, əcnəbilərin hüquqlarının qorunması sahəsində görülən işlərin təqdirəlayiq olmasını, ölkəmizdə olan beynəlxalq təşkilatların fəaliyyəti üçün tam şəffaf və lazımi şərait yaradıldığını və onların vahid mərkəzdən uğurla idarə olunduğunu diqqətə çatdırıb. O, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Qonaq həmçinin Azərbaycan Prezidentinin birbaşa qayğısı ilə qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirib və ümidvar olduğunu bildirib ki, ölkəmizə səfəri beynəlxalq qurumla Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcək.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb