XƏBƏRLƏR
Çap et
1685
Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Mətbuat xidmətinin məlumatı
15 Dekabr, 2014

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov dekabrın 15-də Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendseni qəbul etmişdir.
Tanışlıq məqsədilə keçirilən görüşdə səfiri bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Norveç arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə etmişdir.
Baş nazirin müavini Əli Həsənov qarşılıqlı fikir mübadiləsi zamanı bir sıra sahələrlə yanaşı, səfirin ölkəmizə yeni təyin olunmasını nəzərə alaraq ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox vətəndaşımızın 22 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşaması, Azərbaycan dövlətinin istər münaqişənin, istərsə də ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat vermişdir.
Ermənistanın Azərbaycan qarşı zaman-zaman ərazi iddiasında olduğunu diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov işğalçı ölkənin artıq neçə illərdir ki, münaqişənin həllində göstərdiyi qeyri-konstruktiv mövqeyə beynəlxalq qurumların, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin laqeyd münasibətindən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalmasından təəssüfləndiyini bildirərək qeyd etmişdir ki, vəziyyətin bu cür davam etməsi uzun sürə bilməz və Azərbaycanın da səbri tükənməz deyil.
Norveçli diplomatın ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə yerində tanış olmaq istəyini nəzərə alan Baş nazirin müavini Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik qayğı və diqqətinin nəticəsidir ki, bu təbəqədən olan soydaşlarımız artıq dövlətin tam himayəsindədir və onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüş, Dövlət Neft Fondunun vəsaiti hesabına indiyədək respublikamızın müxtəlif bölgələrində və Bakı şəhəri ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və məhəllələr istifadəyə verilmiş, artıq 240 min qaçqın və məcburi köçkün bu qəsəbələrdəki mənzillərə köçürülmüşdür. Bununla yanaşı, hələ də 370 mindən çox soydaşımızın ağır şəraitdə yaşadığını, onların da doğma ocaqlarına qayıdanadək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlərin mərhələli şəkildə davam etdirildiyini vurğulayan Əli Həsənov bu istiqamətdə Norveçin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarının reallaşdırdıqları layihələri də müsbət dəyərləndirmişdir.
Ətraflı məlumata görə minnətdarlığını bildirən norveçli diplomat ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə daha yaxından tanış olmaq üçün onların məskunlaşdıqları ərazilərə də baş çəkəcəyini bildirmiş, Azərbaycana hər gəlişində ölkəmizin hərtərəfli inkişafından məmnunluğunu dilə gətirmiş, fəaliyyəti dövründə ümumi mənafelər naminə əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə əminliyini ifadə etmişdir.
Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb