"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 434
“İcmaların gücləndirilməsi” tədbirləri çərçivəsində məlumatlandırma seminarları təşkil olunub
Mətbuat xidmətinin məlumatı 30 Oktyabr, 2024

Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi arasında imzalanmış müqaviləyə əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Seçilmiş icmalarda müxtəlif maraq qruplarının müəyyənləşdirilməsi, onların tələb və ehtiyaclarını nəzərə almaqla müvafiq meyarlar toplusunun hazırlanması, hər bir icma üzrə araşdırma işlərinin aparılması məqsədi ilə Dəyirmi Masa müzakirələrinin təşkili, "Meyarlar toplusu" sənədinin tərtib olunaraq İcma Fəaliyyət Qruplarına təqdim olunması haqqında” fəaliyyət istiqaməti üzrə layihə benefisiarı olan məcburi köçkünlərlə məlumatlandırma seminarları keçirilib. Tədbirdə Kəlbəcər, Cəbrayıl, Şuşa, Ağdam, Laçın, Xocavənd, Xocalı, Füzuli və Zəngilan rayonlarından məcburi köçkün düşmüş 300 nəfər, o cümlədən 125 nəfər kişi, 175 nəfər qadın iştirak edib. İştirakçılara Böyük Qayıdışa dair I Dövlət Proqramı haqqında məlumat verilib, proqramda iştirakçılığın yüksəldilməsinə zəmin yaratmaqla dövlətin onlara yaratdığı imkanlar diqqətə çatdırılıb. Köçürülmədə uğurla iştirak etmələri üçün tədbir iştirakçıları ilə birlikdə onların tələb və ehtiyaclarını nəzərə almaqla “Meyarlar toplusu” sənədinin ilkin layihəsi müzakirə olunaraq hazırlanmışdır. Bu praktiki məşğələlər daha cox gələcəkdə dayanıqlı icmaların formalaşdırılmasında lazımi bacarıqların icmalara təlim olunması məqsədini daşımışdır. Layihə idarəetmə qrupu tərəfindən layihənin uğurla icrasının təmin edilməsi məqsədilə layihə benefisiarlarının ehtiyaclarını özündə cəmləşdirən “Meyarlar toplusu” sənədinin məqsədi müxtəlif maraq qruplarının müəyyənləşdirilməsi, uğura təsirlərinin qiymətləndirilməsi, və uğura təsir edən amillərin təyin edilməsi ilə gələcək risklərin idarə olunmasıdır. Sonda tədbir iştirakçıların maraq doğuran sualları cavablandırılıb, qarşılıqlı məsələlər müzakirə olunub.

 

02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib