"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 423
Məcburi köçkün şagirdlərə məktəbli formaları paylanıb
Mətbuat xidmətinin məlumatı 01 Sentyabr, 2024

Təhsilin inkişafına, eyni zamanda məcburi köçkün ailələrinə diqqət və qayğı dövlət siyasətinin mühüm strateji istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasəti Prezident İlham Əliyev ardıcıl şəkildə davam etdirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan həmvətənlərimizə həssas münasibəti onlarda dərin minnətdarlıq hissi doğurur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.16-cı bəndinə uyğun olaraq, erməni təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial dəstək göstərilməsi istiqamətində tədbir həyata keçirilib. Bu tədris ilində də respublikamızın müxtəlif regionlarında, rayon mərkəzlərindən kənarda yerləşən kəndlərdə yaşayan məcburi köçkün məktəbliləri üçün müəyyən yaş qrupları üzrə məktəbli formaları göndərilib, eləcə də komitəyə fərdi qaydada ərizə ilə müraciət edən məcburi köçkün övladlarına məktəbli geyim formalarının verilməsi təmin edilib. Məktəbli geyim formaları Bakı şəhərində və respublikamızın müxtəlif regionlarında yerləşən, məcburi köçkünlərdən ibarət tikiş-toxuculuq sexlərində istehsal olunub. Komitə sədrinin müvafiq əmri əsasında, 2024-2025-ci tədris ili ilə əlaqədar ümumilikdə 7375 dəst təqdim edilib. Məktəbli geyim formaları aztəminatlı məcburi köçkün ailələrin övladlarına humanitar yardım olaraq pulsuz verilir. 

 

04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub